Dövlət Neft Fondunun loqosu hazırlanıb

img

26-01-2010 [04:48]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun loqosu hazırlanmışdır. Loqoda Neft Fondunun fəaliyyətinin tərkib hissəsi olan Azərbaycanın sərvətlərinin gələcək nəsillər üçün saxlanmasını özündə simvolizə edən əlində qiymətli obyekt tutan insan təsvir edilib. İnsanın əlləri iki ?buta? şəklində təsvir edilmişdir ki, bu da milli çalarları əks etdirir. Əllərin arasındakı məsafə bir növ özündə ?hər şeyi görən gözü? simvolizə edir. Baxışlar qurulmasında Neft Fondunun fəal iştirak etdiyi ölkənin və xalqın böyük gələcəyinə yönəlmişdir. Eyni zamanda bu baxış təsvir edilmiş fiqurun öz daxilinə yönəlmişdir. Əllərin arasındakı kürə insanın ürəyini təsvir edir ki, bu da Neft Fondunun şəffaf fəaliyyətinin simvoludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA