?Bank Standard? ?Uduzlu pul köçürməsi? aksiyasının birinci tirajını keçirtdi

img

26-01-2010 [02:40]


?Uduşlu pul köçürməsi? aksiyası çərçivəsində ?Bank Standard?ın baş ofisində yanvarın 25-də keçirilən lotereyanın birici tirajının qalibi Əcəmi filialının müştərisi Ramin Həşimov oldu. Tiraj DQKK tərəfindən təsdiqlənmiş qaydalara uyğun, müstəqil komissiyanın nəzarəti altında və müştərilərin iştirakı ilə keçirildi. Xatırladaq ki, aksiyada iştirak etmək üçün müştəri ?Bank Standard?ın filiallarında fəaliyyət göstərən təcili pul köçürmə sistemləri vasitəsilə 1000 dollar, 1000 avro, 30 000 rubl və daha artıq məbləğdə pul köçürməsi etməli və ya almalıdır. Hər bir belə köçürmə müştəriyə növbəti tirajda bir şans qazandırır. Lotereya şanslarına məhdudiyyət qoyulmur. Aksiyanın birinci tirajının qalibi öz uduşunu ?Bank Standard?ın Bakı şəhəri, Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində ala bilər. Lotereyanın ikinci tirajı 2010-cu il fevral ayının 25-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA