Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

img

26-01-2010 [02:07]


Milli Məclisin Aqrar siyasət komitəsinin 2010-cu il yaz sessiyasında qanunvericilik işləri planına bir sıra məsələlər daxildir. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, komitənin işlər planına ?Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında?, ?Pambıqçılıq haqqında?, ?Kənd təsərrüfatı koperasiyası haqqında?, ?Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında? qanin layihələri daxildir. Qeyd edək ki, yanvarın 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasın gündəliyinə komitənin 2009-cu il payız sessiyasının yekunlarına dair gördüyü işlər barədə, 2010-cu il yaz sessiyasında qanunvericilik işləri planı, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi məsələləri daxil idi. İclasda gündəliyə daxil olan məsələlər təstiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA