Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə qeyri-azad ölkələr sırasındadır

img

21-01-2010 [12:58]


Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə, 179 ölkə arasında 96-cı yeri tutub. ?İqtisadi forum? jurnalının məlumatına görə, Heritage Foundation 2010-cu il üzrə İqtisadi Azadlıq İndeksini (Index of Economic Freedom) açıqlayıb. Fondun hesabatına görə, Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə 100 mümkün baldan 58,8-ni toplayaraq 96-cı yerə yüksəlib. Azərbaycan 2008-ci ildə 107, 2009-cu ildə isə 99-cu yeri tutumuşdu. Bu il isə mövqeyini daha 3 pillə möhkəmləndirib. Reytinq cədvəlində ən aşağı bal 0, ən yüksək bal isə 100-dür. Fond balların həcmi əsasında iqtisadi azadlıq səviyyəsini aşağıdakı kimi təsnifləşdirib: 100-80 bal ? azad ölkələr; 79,9-70 bal - əsasən azad ölkələr 69,9-60 bal - orta azad ölkələr 59,9-50 bal - əsasən qeyri-azad ölkələr 49,9-0 bal ? qeyri-azad ölkələr Azərbaycan topladığı balın həcminə görə, əsasən qeyri-azad ölkələr sırasına düşüb. Iqtisadi Azadlıq İndeksi 10 komponent əsasında tərtib edilib. Bu komponentlərə - biznes, ticarət, fiskal, hökumət xərcləri, monetar, investisiya, maliyyə, mülkiyyət hüquqları, korrupsiyadan azadolma və əmək azadlıqları daxildir. Bu komponentlərin hər biri ayrı-ayrılıqda 100 ballıq şkala ilə qiymətləndirilib. Azərbaycan əmək azadlığı (82,5 bal), fiskal azadlıq (79,5 bal), hökumətin xərcləri (77,5 bal), biznes azadlığı (74,6 bal), ticarət azadlığı (77,1 bal) komponentləri üzrə yüksək bal toplayıb. Bundan başqa monetar azadlığı üzrə 62,7, investisiya azadlığı üzrə 55, maliyyə azadlığı üzrə isə 40 bal qazanıb. Ən aşağı göstərici mülkiyyət hüquqları (20 bal) və korrupsiyadan azadolma (19 bal) səviyyəsində müşahidə edilib. 2010-cu ildə Ermənistan 69,2 balla 38-ci yeri tutub. Bu ölkənin mövqeyində son 3 ildə zəifləmə müşahidə edilir. Əgər 2008-ci ildə 28-ci yerdə idisə, 2009-cu ildə 31-ci, 2010-cu ildə isə 38-ci yerə düşüb. Gürcüstan əvvəlki iilərdə olduğu kimi bu ildə yüksək nəticə göstərib. Qonşu ölkə 70,4 balla 26-cı yeri tutmaqla və azad ölkələr sırasına düşüb. Estoniya 74,7 balla 16-cı, Litva 70,3 balla 29-cu, Latviya isə 66,2 balla 50-ci yeri tutub. Əvvəlki illərlə müqayisədə Qırğızıstanın mövqeyində də pisləşmə olub. Qırğızıstan 61,3 balla 80-ci, Qazaxıstan 61 balla 82-ci ölkə statusunu qazanıb. Digər MDB ölkələri Azərbaycandan da pis nəticə göstərib. Moldova 125-ci (53,7), Tacikistan 128-ci (53), Rusiya 143-cü (50,3) yeri tutmaqla əsasən qeyri-azad ölkələr sırasına daxil olub. Belarus (48,7 balla 150-ci yer), Özbəkistan (47,5 balla 158-ci yer), Ukrayna (46,4 balla 162-ci yer) və Türkmənistan (42,5 balla 171-ci yer) isə azad olmayan ölkələrə daxil edilib. Ən çox bal toplayan Honq Konq 89,7 balla cədvələ liderlik edir. Sonrakı yerləri Sinqapur (86,1) və Avstraliya (82,6) tutur. Cədvəlin son üçlüyünü Kuba, Zimbabve və Şimali Koreya qapayır. Onların topladığı ballar uyğun olaraq 26,7, 21,4 və 1 bal olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA