Musa Quliyev 2010-da sosial problemlərin minimum dərəcədə olacağını deyir

img

16-01-2010 [01:22]


?2010-cu ilin dövlət büdcəsində sosial xərclərə xüsusi diqqət ayrılıb. Bu fakt onu göstərir ki, insanların sosial müdafiəsinin gücləndirilməsi dövlət üçün prioritet məsələlərdən biridir?. Bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib. M.Quliyev deyib ki, dünya iqtisadi böhranına baxmayaraq 2009-cu ildə Azərbaycanda sosial layihələrin icrası təxirə salınmayıb. ?2010-cu ildə də belə olacaq. Bu ilin dövlət büdcəsinin 30 faizdən çoxu sosial xərclərə ayrılıb. Vətəndaşların sosal müdafiəsinin gücləndirilməsi prioritet məsələdir və dövlət tərəfindən bu yöndə uğurlu siyasət davam etdirilir? deyə o, vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA