Əhali abonentləri tərəfindən 737 sayğaca müdaxilə, 14661 sayğacdankənar əlavə xəttin çəkilməsi faktı azkarlanıb

img

15-01-2010 [03:58]


"Azəriqaz? İstehsalat Birliyinin Bakı şəhəri Qaz İstismarı İdarəsi 2009-cu il ərzində abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Müstəqil Informasiya Agentliyinə verilən məlumata görə, ötən il idarə tərəfindən yerli iqtisad məhkəmələrinə sənaye obyektləri üzrə istifadə olunmuş təbii qaza görə yaranmış debitor borcların tələb olunmasına dair ümumilikdə 24 iddia ərizəsi ilə müraciətlər edilib. Eləcə də, əhali abonentləri tərəfindən 737 sayğaca müdaxilə, 14661 sayğacdankənar əlavə xəttin çəkilməsi və təbii qazdan digər qeyri-qanuni istifadə hallarına dair 3903 fakt aşkar edilərək müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Aşkar edilmiş qanunsuzluqlar zamanı Bakı şəhəri Qaz İstismar İdarəsinə dəymiş ziyan hesablanaraq ödənilib. Bundan başqa, qaz kəmərlərinin mühafizə zolaqlarında inşa edilmiş tikililərin sökülməsi barədə yerli məhkəmələrdə 103 iddia qaldırılıb, bunlardan 47-si tam təmin olunub. Digər işlər isə məhkəmə icraatındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA