2009-da 137 ton istifadəyə yararsız ərzaq məhsulları satızdan çıxarılıb

img

13-01-2010 [06:53]


2009-cu ildə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının qorunması, istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri və monitorinqlər keçirilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri çərçivəsində ötən il ?İstehlakçı hüquqlarının müdafiəsi dövlətin prioritet vəzifəsidir?, Sumqayıtda ?İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri?, Xaçmazda ?İstehlakçı hüquqlarının qorunmasına dövlət qayğısı? mövzularında konfranslar keçirilib. Bundan başqa, 2009-cu il ərzində Dövlət Xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçı hüquqlarına dair 6 adda 60 min ədəddən artıq yaddaş kitabçası, 1 500 plakat, sahibkarların istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 3 adda 5 mindən artıq yaddaş kitabçası çap edilərək Bakıda və regionlarda istehlakçılara və sahibkarlara paylanıb. Bununla yanaşı, 2009-cu ildə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakıda taxıl və digər yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi üzrə sınaq laboratoriyasının yaradılması başa çatdırılıb. Bundan başqa, 2009-cu il ərzində Dövlət Xidməti tərəfindən MDB-yə üzv olan dövlətlərə ixrac olunan mallara (?CT-1? formalı mənşə sertifikatı) 8 559, MDB-yə üzv olmayan dövlətlərə ixrac olunan mallara (?Ümumi forma?lı mənşə sertifikatı) 1 761, Ümumi Preferensiyalar Sisteminə (GSP) daxil olan dövlətlərə ixrac olunan mallara (?Forma-A? mənşə sertifikatı) isə 830 ədəd mənşə sertifikatı verilib. Dövlət Xidmətinin 2009-cu ildə apardığı monitorinqlər zamanı isə ümumi çəkisi 137 ton olan saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Yararsız malların 7,8 tonunu ət və ət məhsulları, 15,1 tonunu süd və süd məhsulları, 34,8 tonunu mineral sular və sərinləşdirici içkilər, 18 tonunu şəkər və qənnadı məhsulları təşkil edib. Dövlət Xidməti tərəfindən ötən il həmçinin 3,3 ton taxıl məhsulları, 7,1 ton yağ, 2,3 ton konservləşdirilmiş məhsullar, 5,7 ton tamlı məhsullar (tomat pastası, ketçup və s.), 36,6 ton spirtli içkilər, 1,1 ton yarımfabrikatlar, 0,4 ton balıq və digər dəniz məhsulları və s. saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, 2009-cu ildə Dövlət Xidməti tərəfindən istifadə müddəti ötmüş 1,7 ton uşaq yeməkləri, 11 min ədəd sertifikatlaşdırılmamış uşaq oyuncaqları və 2,4 minə yaxın müxtəlif növ uşaq geyimləri satışdan çıxarılıb və məhv edilib. Ötən il dərsliklərin və məktəbli ləvazimatlarının satışı obyektlərində aparılmış yoxlamalar zamanı isə 178 ədəd saxta dərslik və 5 921 ədəd normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dəftərlər satışdan çıxarılıb. Hesabat ilində həmçinin ümumi çəkisi 1 017 tondan çox olan saxta sement aşkar olunub və ticarət dövriyyəsindən çıxarılıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı həmçinin, mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş 708 kiloqram məişət kimyası məhsulları, 888 ədəd ətriyyat və kosmetika məhsulları və s. satışdan çıxarılaraq məhv edilib. Ötən il ərzində Dövlət Xidməti tərəfindən qanun pozuntularına yol vermiş təsərrüfat subyektləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 845 qərar qəbul olunmuş, qanunvericiliyin tələbini pozmuş şəxslərə 1,4 mln. manat inzibati cərimə tətbiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA