irana qısamüddətli nəqlinə dair ARDNŞ-lə iran Milli Qaz Şirkəti arasında saziz imzalanıb

img

13-01-2010 [04:57]


Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Azərbaycan qazının İrana qısamüddətli nəqlinə dair ARDNŞ-lə İran Milli Qaz Şirkəti arasında saziş imzalanıb. Tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, İran Milli Qaz Şirkətinin ?Qaz Export? kompaniyasının Baş direktoru Seyid Rza Kesaizadə, İranın ölkəmizdəki səfiri Məmmədbağır Bəhrami və digər şəxslər iştirak ediblər. Çıxış edən R.Abdullayev bildirib ki, İranla Azərbaycanın yaxın qonşu və dost ölkələrdir. İki ölkə arasında enerji sektoru üzrə əlaqələr yüksək səviyyədədir: ?Azərbaycan qazının İrana qısamüddətli nəqlinə dair imzalanan saziş İranın Şimal regionlarının və Naxçıvan Muxtar Respublikasının qaz təminatında mühüm rol oynayacaq?. İran Milli Qaz Şirkətinin ?Qaz Export? kompaniyasının Baş direktoru S.R.Kesaizadə də öz növbəsində qeyd edib ki, İranın enerji sahəsində hazırkı siyasəti dünya qaz bazarında aktiv iştirak etmək və bu sektorda qonşu ölkələrlə əməkdaşlığı genişləndirməkdən ibarətdir. S.R.Kesaizadə ölkəsinin qaz nəqlinə dair Azərbaycanla imzaladığı qısamüddətli sazişin iki ölkə arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb. Daha sonra imzalanma mərasimi olub. R.Abdulayev və S.R.Kesaizadə Azərbaycan qazının İrana qısamüddətli nəqlinə dair sazişi imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA