Şahin Mustafayev: "2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsi iki dəfə azalacaq"

img

08-01-2010 [02:52]


2010-cu ildə və ondan sonrakı illərdə də sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcək. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. Nazirin sözlərinə görə, bu siyasət 2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsinin iki dəfə azaldılmasına, işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin artırılmasına imkan verəcək. Eyni zamanda, sosial infrastrukturun inkişaf etdirilməsi, təhsil və səhiyyədə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və davamlı inkişafa nail olunması istiqamətində əhəmiyyətli addımlar atılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA