Azərbaycanın Türkiyəyə satdığı qaza görə istədiyi qiymət bəlli olub

img

05-01-2010 [03:43]


Azərbaycanın Türkiyəyə satdığı qazın qiyməti bu ilin fevral ayında yenidən müəyyənləşdiriləcək. Türkiyənin ?Zaman? qəzetinin yaydığı məlumata görə, BOTAŞ şirkəti 2009-cu ilin ilk dövründə Türkiyəyə 120 dollara satılan Azərbaycan qazının hər kubmetrinin 399 dollardan yenidən hesablanmasını nəzərdə tutub. 2009-ci ilin ortaları və sonları üçün isə Azərbaycan qazı üçün 230-280 dollar ödənməlidir. Xatırladaq ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Tehranda verdiyi açıqlamada bildirmişdi ki, əlavə ödəmələr Türkiyəyə təxminən 600 milyon dollara başa gələcək. Türkiyə mətbuatının yazdığına görə, BOTAŞ-ın xərcləri azaltmaq üçün ucuz Azərbaycan qazı alması Türkiyəyə baha başa gələcək. Belə ki, şirkət 2008-ci ildə bahalı İran qazı əvəzinə Azərbaycan qazına üstünlük verib. Buna səbəb isə Sivas kompressor stansiyasının tam gücü ilə işləməməsi olub. Qəza ilə bağlı olaraq Şərqi Anadalu boru xətti ilə gündəlik yalnız 25 mln kub metr qaz ötürülə bilib. Şirkət rəhbərliyi probemi aradan qaldıra bilmədikdə, 2007-2008-ci illərdə İran qazı əvəzinə Azərbaycan qazı almağa üstünlük verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA