Prezident əhalinin qazdan istifadəyə görə yaranmız borclarını sildi

img

29-12-2009 [06:35]


Prezident İlham Əliyev əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə fərman imzalayıb. Fərmanda nəzərdə tutlur ki, istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ?Azəriqaz? İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinib. Əhalinin borclarının silinməsi ilə əlaqədar ARDNŞ-ə silinmiş borcların məbləği həcmində 2009-cu il dövlət büdcəsindən təzminat veriləcək. ARDNŞ təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görəcək. Nazirlər Kabineti Fərmanda nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin edəcək, bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan prezidentinə təkliflər verəcək, Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA