Pensiyanın baza hissəsi ləğv olunacaq

img

29-12-2009 [05:31]


?Pensiyanın baza hissəsi müvəqqətidir. Beləliklə, müəyyən dövr keçdikdən sonra pensiyanın baza hissəsi ləğv olunacaq. Biz çalışmalıyıq ki, pensiya sisteminin özünümaliyyələşmə prinsipi ilə işləməsinə nail olaq?. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə əməkhaqqının leqallaşdırılması və işçi kimi qeydiyyata düşənlərin sayının artırılması hesabına sosial sığorta haqları üzrə ödənişlər artacaq. Bu isə pensiya ödənişlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən fonda ayrılan transfertdən imtina etməyə imkan verəcək: ?Belə olsa, pensiyanın ayrıca baza hissəsinin göstərilməsinin əhəmiyyəti qalmayacaq. Pensiya tərkibində minimum anlayışı ola bilər, lakin o da zaman keçdikcə əhəmiyyətini itirməlidir. Ona görə də hər kəs işçi kimi rəsmi qeydiyyata düşməsinə və əməkhaqqının maaş cədvəlində düzgün göstərilməsinə maraq göstərməlidir?. Səlim Müslümov onu da qeyd edib ki, hazırda pensiya-sığorta sistemində iki ən vacib problem var. Bunlardan biri əməkhaqqının leqallaşdırılması, digəri isə fərdi uçot sistemində qeydiyyatda dayanma ilə bağlıdır. Fond sədri onu da vrğulayıb ki, hər ilin sonunda pensiyaçılara fond tərəfindən onların hesabında nə qədər vəsaitin yığıldığı haqda məktub göndəriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA