Dövlət Sosial Müdafiə Fondu jurnalistləri mükafatlandırıb

img

29-12-2009 [02:05]


Dekabrın 29-da Dövlət Sosial Müdafiə Fondunda kütləvi informasiya vasitələri üçün ?Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə? mövzusunda elan edilən müsabiqənin nəticələrinə dair tədbir keçirilib. Tədbirdə bildirilib ki, ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı?nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keşirilən müsabiqəyə həm televiziyalar, həm də qəzetlər böyük maraq göstəriblər. Müsabiqəyə 15 sentyabr 2009-cu il tarixdən, 15 dekabr 2009-cu il tarixə kimi mətbuatda dərc olunmuş məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolu, məcburi dövlət sosial sığortasında fərdi uçotun, pensiya sistemində sığorta prinsiplərinə keçidin əhəmiyyəti və bu mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilib. Müsabiqənin yekunlarına əsasən, ?Ayna? qəzetinin müxbiri Aynurə Əhmədova, ???????? qəzetinin müxbiri Yelena Starostina, ?Respublika? qəzetinin müxbiri Samir Zeynalov, ?Yeni Azərbaycan? qəzetinin müxbiri Ruhiyyə Daşsalahlı, ?A?????????????? ????????? qəzetinin müxbiri İradə Ağayeva, ?ANS? televiziyasının müxbiri Neyman Səfərəliyev və ?Bütöv Azərbaycan? qəzetinin müxbiri Gülnar Axundova fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər. Müsabiqənin nəticələrinə görə, ən yaxşı məqalə nominasiyası üzrə I yeri ?Zerkalo? qəzetinin müxbiri Liya Bayramova, II yeri ?525-ci qəzet?in müxbiri Ülkər Nəbiyeva və ?Lent.az? saytının müxbiri Elxan Salahov, III yeri isə ?Üc nöqtə? qəzetinin müxbiri Xalid Vahidoğlu və ?Azadinform? agentliyinin müxbiri İlham Məmmədov tutublar. Müsabiqə dövründə televiziya kanallarında verilmiş ən yaxşı telesüjet nominasiyası üzrə I yerə ?ANS?in əməkdaşı Anar Cəbrayıllı, II yerə AzTV-nin müxbiri Əli Rzayev və ?Lider? Televiziyasının müxbiri Rasim Şərifov, III yerə ATV-nin Elnur Quliyev və ?Space?nin mixbiri Sevinc İsgəndərova layiq görülüblər. DSMF sədri Səlim Müslümov qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplom və mükafatlar təqdim edib. DSMF sədri vurğulayıb ki, gələn il Fond sığorta- pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə bir sıra yeni layihələr gerçəkləşdirməyi planlaşdırır. Bu layihələr icra olunarkən kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA