Prezident ilham Əliyev "Aqrolizinq?ə və ATU-nun tədris-terapevtik klinikasına 3 milyon manat ayrıb

img

29-12-2009 [12:38]


Azərbaycan Respublikasında heyvan mənşəli məhsulların istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə prezident İlham Əliyev sərəncam imzalayıb. Növbət ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat vəsait ayrılıb. Həmçinin prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisini sürətləndirmək məqsədilə sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına əsasən, Prezidentin Ehtiyat Fondundan Azərbaycan Tibb Universitetinə çoxprofilli tədris-terapevtik klinikasının tikintisinin davam etdirilməsi üçün 3 milyon manat məbləğində vəsait ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA