islamçı demokratlar 2009-u iqtisadi cəhətdən uğursuz il sayırlar

img

26-12-2009 [12:27]


?2009-cu ili iqtisadi nöqteyi nəzərdən ölkəmiz üçün uğurlu saymıram?. Bu fikiri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Müstəqil İnformasiya Agentliyinə 2009-cu ilin siyasi yekunlarını dəyərləndirərkən deyib. O bildirib ki, bui lk növbədə böhranla bağlıdır: ?Qeyd edim ki, hökumət böhranın Azərbaycan iqtisadiyyatına zərər vurmadığını desə də reallıqlar göz qabağındadır. İlk n.vbədə onu deyim ki, ümumi daxili məhsul əvvəlki ilə nisbətən azaldı. Belə ki, 2008-ci ilin yekununda 38 milyard manatlıq (47,5 milyard dollar) ÜDM göstəricisi qeydə alındığı haldı bu ilin yekununda həmin göstəricinin 32 milyard manat olacağı proqnozlaşdırılır. Bundan başqa əsas kapitala qoyulan investisiyanın həcmində də azalma baş verdi. Noyabr ayının nəticələrinə görə bu rəqəm 6,5 milyard manata çatıb. Halbuki ötən ilin 11 ayı ərzində iqtisadiyyata 8 milyard manat həcmində investisiya qoyulmuşdu?. T.Abbaslının sözlərinə görə, ticarət əməliyyatlarının həcmində də azalma baş erib: ?2008-ci ildə 47,7 milyard manatlıq ixrac, 7,1 milyard manatlıq idxal əməliyyatı həyata keçirildiyi halda 2009-cu ilin noyabr ayında bu göstəricilər ixrac üzrə 12 milyard manat, idxal üzrə isə 5 milyard manat təşkil edib. Düzdür bu, əsasən dünya bazarında neftin qiymətinin azalması ilə bağlıdır. Bunu obyektiv səbəb saya bilərik. Amma bu məqam bir daha sübut edir ki, iqtisadiyyatımız əsaslı surətdə neftdən asılıdır?. T.Abbaslı başqa bir məqama da toxundu. Onun dediyinə görə, böhran nəticəsində 2009-cu ilin dövlət büdcəsinin gəlirlər hissəsi 25 faiz azalacaq: ?İqtisadçıların hesablamalarına görə, son 11 ildə ilk dəfə olaraq belə bir hal baş verir. ÜDM-nin nominal həcmində də 20 faiz azalma baş verib. Bunun nəticəsidir ki, 2009-cu ildə əmək haqları artırılmadı. Bütün bunlar isə təbii ki, vətəndaşların sosial-iqtisadi mənfi təsir göstərib. Qeyd etdiyim kimi, maaşlar, təqaüdlər artırılmadı. ?Neft kapitalını insan kapitalına çevirək? şuarı əməli olaraq həyata keçirilmədi. Hakimiyyət ?böhran Azərbaycana təsir etməyib? desə də tikinti, bank və digər sektorlarda ciddi çətinliklər yarandı, bir sıra müəssisələr müflis oldu və işsizlik artdı. Ən əsası əvvəlki illərdə olduğu kimi bu il də korrupsiya, rüşvət aradan qalxmadı, bu nöqsanlara qarşı mübarizə aparılmadı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA