Ehtiyyatlı olun: mağazalardan 270 kq yarsız ərzaq məhsulları azkarlanıb

img

24-12-2009 [03:47]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarını keyfiyyətsiz və təhlükəli mallardan qorumaq məqsədilə nəzarət tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Müstəqil Informasiya Agentliyin verilən məlumata görə, Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Bakının Yasamal rayonunda Ç.Mustafayev küçəsi, 88 ünvanında Gülarə Abbasovaya məxsus mağazada; N.Nərimanov meydanı, ev 113 ünvanında yerləşən ?Home market?də; Tovuz şəhərində ?Nəsimi? ticarət mərkəzi ətrafında Zərqələm Qasımovaya məxsus ərzaq malları mağazasında ümumi çəkisi 270 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, balıq, mayonez, pivə, sərinləşdirici içkilər, meyvə şirələri, sular, kakao və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Bakı şəhərinin Xətai rayonunda A.Cəlilov küçəsi, 11 ünvanında yerləşən ?Alko LTD? firmasına məxsus mağazada aparılmış yoxlama zamanı satışda mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkar edilməyib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA