Prezident ilham Əliyev 2010-cü ilin dövlət büdcəsini təsdiqləyib

img

23-12-2009 [03:41]


Prezidenti İlham Əliyev ?Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, ?Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanunda nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxil olmasını təmin etmək üçün dövlət orqanları və müəssisələri üzrə tapşırıqların minimum həddi aşağıdakı kimi müəyyən edilib: Vergilər Nazirliyi üzrə - 3 980,0 Neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi üzrə - 330,0 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər üzrə - 1 200,0 Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (saziş) qiyməti (makroiqtisadi göstəricilərin hesablanması üçün nəzərdə tutulan qiymət) ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasında fərqdən yığımlar üzrə - 157,0 Qeyri-neft sahələrindən vergi və vergi olmayan daxilolmalar üzrə - 2 450,0 Gömrük Komitəsi üzrə - 1 100,0 Qeyd edək ki, ?Azərbaycan Respublikasının 2010-cu ildə dövlət büdcəsi haqqında? qanuna əsasən, dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA