Yeni neft-qaz müqaviləsi imzalanıb

img

22-12-2009 [06:46]


gn=left]2010/qaz-sazis.jpg[/libt] Bu gün Dövlət Neft Şirkəti (ARDNŞ) ?Bahar Energy Limited? şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qumdəniz" dəniz yataqlarına daxil olan blokların kəşfiyyatına, reabilitasiyasına, işlənməsi və hasilatına dair PSA tipli müqavilə imzalayıb. Sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və ?Bahar Energy Limited? şirkətinin baş direktoru Riçard Makduql imzalayıb. ?Bahar Energy Limited? şirkəti Birləşmiş Ərəb Əmirliklərində Jebel Ali azad iqtisadi zonasının ərazisində qeydiyyatdan keçib. ARDNŞ 2009-cu il aprelin 16-da bu şirkətlə qarşlıqlı anlaşma haqqında memorandum imzalayıb. 1955-ci ildən istismarda olan "Qumdəniz" yatağı Bakıdan cənub-şərqə doğru 21 km. məsafədə yerləşir. İndiyədək yataqdan 28,9 mln. tona yaxın neft və 27 mlrd. kubmetr qaz hasil edilib. 1969-cu ildən işlənilən "Bahar" yatağı Bakının cənub-şərqindən 40 km. məsafədə yerləşir. İndiyədək yataqdan 16,8 mln. tondan çox neft və 128,7 mlrd. kubmetrə yaxın qaz hasil edilib. Gələcək beş il ərzində mütəxəssislər "Bahar" yatağında qaz hasilatının azalma tempini 15 faiz, kandensatın azalma tempini isə 10 faiz səviyyəsində proqnozlaşdırırlar. Ona görə ARDNŞ hesab edir ki, "Bahar" və "Qumdəniz" yataqlarında reabilitasiya proqramının reallaşdırılmasına xarici kapitalın cəlb edilməsi nəticəsində qısa müddətdə hasilatın stabilləşməsi və karbohidrogen ehtiyatlarının artması mümkün olacaq. Trend.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA