Bakı sakinlərinin "Azəriqaz"a 3 milyon manata yaxın borcu var

img

22-12-2009 [06:27]


İstifadə edilən təbii qazın dəyərinin ödənilməsi barədə Bakı şəhəri Qaz İstismar İdarəsi tərəfindən abunəçilərə edilmiş xəbərdarlıq müddəti başa çatdığından Bakının bir çox rayonlarında debitor borcu olan əhali abunəçlərinin qaz təchizatı dayandırılır. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, cari ilin dekabr ayı əzrində Bakı şəhəri üzrə 9815 abunəçinin qaz təchizatı dayandırılıb. Onların istifadə etdiyi təbii qaza görə yaranmış debitor borcun ümumi məbləği 2 milyon 942 min 819,3 manat təşkil edir. Əzizbəyov rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 1630 abunəçinin 785 min 454,2 manat, Xətai rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 1330 abunəçinin 144 min 174,5 manat, Binəqədi rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 1356 abunəçinin 360 min 850,6 manat, Qaradağ rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 747 abunəçinin 118 min 310,1 manat, Nəsimi rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 595 abunəçinin 117 min 279,6 manat, Yasamal rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə isə 557 abunəçinin 260 min 360,8 manat debitor borcu yaranıb. Borclu abunəçilərə bildiriş paylanıb və onların nəzərinə çatdırılıb ki, borcları ödənilməyənə qədər mənzillərinin qaz təchizatı bərpa olunmayacaq. Bakı şəhəri Qaz İstismar İdarəsi bir daha abunəçilərə xəbərdarlıq edib ki, istifadə etdikləri təbii qazın dəyərini vaxtında ödəməyəcəkləri təqdirdə, onların qaz təchicatı dayandırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA