Azərbaycanda orta aylıq əmək haqqı 11,7 faiz artıb

img

21-12-2009 [02:50]


Cari ilin yanvar-noyabrında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artaraq 296 manata çatıb. Sənaye sahələrində çalışanların əmək haqqı on bir ayda 439,5 manat, tikinti kompleksində 449,8 manat, nəqliyyatda 361,3 manat, rabitədə 432,2 manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirmişlər ki, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət sahəsində və tikintidə müşahidə olunub. İlin on ayında müəssisə və təşkilatlarda işçilərə 10,9 milyon manatlıq sosial təyinatlı ödənişlər verilib. Ödənişlərin əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, emal sənayesi, anbar təsərrüfatı və rabitə sahələrində çalışan işçilər alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA