340 kq keyfiyyətsiz ərzaq məhsulları satızdan çıxarılaraq məhv edilib

img

21-12-2009 [01:05]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda - A.Məhərrəmov küçəsi, 7 ünvanında Sadiq Həsənova məxsus mağazada; - C.Məmmədquluzadə küçəsi, ev 99, mənzil 1 ünvanında Əlövsət Mahmudova məxsus mağazada; - C.Məmmədquluzadə küçəsi, ev 99 ünvanında Emin Cabbarova məxsus mağazada; - Mərdanov Qardaşları küçəsi, ev 102 ünvanında ?İlkin market?də; Xətai rayonunda - F.Bayramov küçəsi 14, mənzil 6 ünvanında Lalə Abbasovaya məxsus mağazada; - A.Cəlilov küçəsi ev 6 ünvanında ?Dəniz-MP? MMC-yə məxsus ?Dəniz market?də; - 1130-33-cü məhəllə, N.Əliyev küçəsi, ev 38A ünvanında Möylə Əliyevə məxsus mağazada; Ağstafa şəhərində - ?Qoşa qapı? ərzaq malları mağazasında; - Mahir Rzayevə məxsus ərzaq malları mağazasında ümumi çəkisi 340 kiloqram saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, makaron məmulatları, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, çay, kofe və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA