Nəqliyyat naziri Ziya Məmmədovun sərəncamına 450 milyon dollar verildi

img

19-12-2009 [12:47]


Dekabrın 18-də Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında ?Dəmiryolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi? Layihəsinin maliyyələşdirilməsi üzrə Kredit Sazişi imzalayıb. 450 mln. ABŞ Dolları məbləğində olan sazişi Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikasının Nəqliyyat naziri Ziya Məmmədov, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri cənab Qreqori Yedjeyçak imzaladılar. Layihənin məqsədi Azərbaycanda dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi, habelə ?Azərbaycan Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyətinin, məxsusi olaraq şərq-qərb dəhlizi boyu rəqabət qabiliyyətinin, maliyyə qabiliyyətinin, əməliyyat və iqtisadi effektivliyinin təmin edilməsidir. Kreditin Müddəti ? 23 il Güzəşt dövrü ? 8 il Kreditin Valyutası üçün 6 aylıq LİBOR + Dəyişən Spred, Borcalan tərəfindən ödənilməli olan Vəsaitin Ayrılması üçün Komissiya Kreditin məbləğinin 0,25%-nə bərabərdir. 1992-ci ildən bəri Dünya Bankı Azərbaycana 52 layihə üzrə 2,7 milyard dollar kredit verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA