2009-cu il dekabrın 1-nə kimi üzüm bağlarından 123.3 min ton məhsul toplanıb

img

17-12-2009 [08:27]


2009-cu il dekabrın 1-nə kimi üzüm bağlarından 123.3 min ton və ya keçən ilin müvafiq dövründəkindən 14.4 min ton çox məhsul toplanıb.Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitənin məlumatına görə, cari ildə 31.3 min ton, o cümlədən İmişli rayonunda 6 min ton, Kürdəmirdə 4.5 min ton, Xaçmazda 3.4 min ton, Naxçıvan Muxtar Respublikasında 3.2 min ton, Gəncə şəhərində 2.9 min ton, Göyçay rayonunda 2.8 min ton, Göygöldə 1.9 min ton, Bakı şəhərinin Nərimanov rayonunda 1.5 min ton, Şəmkirdə 1.6 min ton, İsmayıllıda 1.2 min ton, Tovuzda 900 ton, Abşeronda 719 ton və Ağstafa rayonunda 430 ton üzüm sənaye emalına verilib. Komitənin məlumatına görə, ölkədə son illər üzümçülüyün inkişafına diqqətin artırılması və ilbəil üzüm istehsalının artması onun emalı imkanlarını da genişləndirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA