Nəqliyyat naziri Ziya Məmmədov Bakı buxtasında 1.6 milyon dollarlıq körpü tikdirəcək

img

17-12-2009 [08:12]


Dekabrın 17-də Nəqliyyat Nazirliyində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA-nın) ?Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması? layihəsi üzrə Müzakirə Protokolu imzalanıb. Protokolu KOICA Layihə-tədqiqat qrupunun rəhbəri Ço Sanq-Vu və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov imzalayıblar. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, layihənin məqsədi Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması vasitəsilə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, Koreyanın dəniz körpüsü tikintisi və yol idarəetməsi sahəsində təcrübəsini Azərbaycanda tətbiq etməklə, Azərbaycan mütəxəssislərinin bacarıqlarının artırılması, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən yol inkişafına müvafiq olaraq, əyalətlərdə kommunal xidmətin yaxşılaşdırılmasına və iqtisadi inkişafın gücləndirilməsinə töhfə verilməsi, həmçinin iki ölkə arasında münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsidir. Məlumat üçün bildirək ki, Nəqliyyat naziri Ziya Məmmədov bu layihənin reallaşmasına xüsüsi maraq göstərir. Atrıq Cənubi Koreya Respublikası KOICA layihəsinin 2009-2011-ci illərdə həyata keçirilməsi üçün 1.6 milyon ABŞ dolları həcmində vəsait ayırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA