Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir

img

16-12-2009 [06:42]


Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi (BTQ) çərçivəsində işlər cədvələ uyğun davam etdirilir. Bu barədə ?Azərbaycan Dəmir Yolları? QSC-nin baş mühəndisi Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, hazırda işlər həm Gürcüstan, həm də Türkiyə ərazisində aparılır. Baş mühəndis qeyd edib ki, BTQ dəmir yolu xəttinin 2011-ci ildə istismara verilməsi planlaşdırılır. Bundan əlavə, Gürcüstandakı Axalkalaki dəmir yolu stansiyasının tikintisi üzrə keçirilən tenderin qalibi də müəyyən olunub. İşləri Azərbaycanın ?Kontur? memarlıq layihə və sənaye şirkəti yerinə yetirəcək. Axalkalaki stansiyasının tikintisinə 2010-cu ildə başlanması və 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA