?Sədərək? ticarət mərkəzində 6956 ədəd təhlükəli uzaq oyuncağı müsadirə olunub

img

11-12-2009 [07:46]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən ?Sədərək? ticarət mərkəzində aparılan monitorinqlər zamanı mənşəyi bəlli olmayan 6956 ədəd uşaq oyuncağı satışdan çıxarılıb. Müstəqil İnformasiya Agentliyi İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, satışdan çıxarılmış oyuncaqların üzərində istehsalçının adı, ünvanı, standartın (normativ sənədin) işarəsi, istifadə qaydaları barədə məlumatlar göstərilmədiyindən onların məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən qərar qəbul edilib. Qeyd edilən uşaq oyuncaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilib. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara diqqətli olmağı, uşaqlar üçün oyuncaq alarkən onun üzərində istehsalçı, eləcə də oyuncaqlardan istifadə qaydaları barədə məlumatların olub-olmamasına xüsusi diqqət yetirməyi tövsiyə edir. Üzərində bu cür məlumatlar olmayan uşaq oyuncaqlarının satışına rast gəldikdə 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Dövlət Xidmətinə məlumat verilməsi xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA