Ötən ay Bakının torpaq bazarında orta qiymətlərdə azalma olub

img

11-12-2009 [01:01]


Bu ilin noyabr ayında da Bakının torpaq bazarında orta qiymətlərdə azalma olub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2.2 faiz azalaraq 16 min 341 dollardan 15 min 982 dollara enib. ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, oktyabrda olduğu kimi, noyabrda da heç bir rayonda torpağın qiymətində artım qeydə alınmayıb. Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda (Heydər Əliyev (keçmiş İnqilab) küçəsi) olub: 1 sotu 150 min dollar. Ən ucuz torpaq sahəsi Abşeron (Pirəküşkül qəsəbəsi) rayonunda olub: sotu 400 dollar. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdləri də azalıb. Noyabrda Bakıda bazara təklif edilən torpaq sahələri əsasən boş torpaqlar olub, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA