Prezident yeni ikimərtəbəli tunelin açılızında iztirak edib

img

11-12-2009 [12:27]


Bu gün Prezident İlham Əliyev Bakıda Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışında iştirak edib. Ölkə başçısına məlumat verilib ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsinə uyğun olaraq Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində inşa edilən yol qovşağına daxil olan tunel ikimərtəbəlidir. Birinci mərtəbədə dördzolaqlı avtomobil yolu, ikinci mərtəbədə isə geniş dayanacaq inşa olunub. Tunelin örtülü hissəsi 310 metr, giriş və çıxışları ilə birlikdə ümumi uzunluğu 610 metrdir. 2007-ci ildən başlayan tikinti işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə Türkiyənin ?Yapılar İnşaat-Ticarət LTD? şirkəti yerinə yetirib. Yol qovşağında piyadalar üçün 5 keçid inşa olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA