Nəqliyyat naziri Ziya Məmmədov Fransa bankından 270 milyon dollar kredit alır

img

09-12-2009 [12:31]


Dekabrın 8-də Nəqliyyat Nazirliyində İsrailin ASHRA İxrac Kredit Agentliyinin sığortası ilə təmin edilmiş Kredit Sazişinin imzalanma mərasimi keçirilib. Modern.az xəbər verir ki, Azərbaycan hökuməti ilə Fransanın BNP Paribas Bankı arasında kredit sazişini Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov və maliyyə naziri Samir Şərifov imzalayıb. Kreditin məbləği 270 mln. ABŞ dolları dəyərindədir. Kredit ?Bakı-Şamaxı-Yevlax? avtomobil yolunun (M4-280 km), ?Muğanlı-Yevlax? hissəsinin (156 km) yenidən qurulması məqsədilə ayrılıb. Kreditin müddəti 14 il, verilmə dövrü 4 ildir. Qaytarılma dövrü hər 6 aydan bir olmaqla 20 bərabər ödənişlər şəklində, kredit Sazişinin qüvvəyə minməsindən 54 ay sonra və ya son kredit vəsaitlərinin ayrılması tarixindən 6 ay sonra başlamaqla 10 ildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA