Noyabrda yazayız minimumu adambazına 137,55 manat təzkil edib

img

08-12-2009 [06:18]


Noyabr ayında Azərbaycanda yaşayış minimumu adambaşına 137,55 manat təşkil edib. İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri Azərbaycanın 11 regionunda Nazirlər Kabinetinin təsdiq etdiyi normativlər əsasında istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 130 manat, pensiyaçılar üçün 120,11 manat, 0-15 yaşlı uşaqlar üçünsə 162,53 manat təşkil edib. Ekspertlər noyabrda əhalinin minimum ərzaq xərclərində əvvəlki aya nisbətən azalma qeydə alındığını aşkar etsələr də, ona da diqqət ediblər ki, bu müddətdə ərzaq məhsullarında 0,60 faiz qiymət artımı baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA