?Nar Mobile? ?Xoz bazar günləri? kampaniyasına bazlayıb

img

07-12-2009 [06:38]


?Nar Mobile? ?Xoş bazar günləri? kampaniyasına start verib. Bu kampaniya sayəsində ?Nar Mobile? abunəçiləri dekabr ayının danışıqlarına görə yanvar ayının bazar günlələrində pulsuz danışıq dəqiqələri əldə edəcəklər. Kampaniyaya əsasən dekabrda ölkə daxilində bütün istiqamətlərə edilən zənglərin hər dəqiqəsinin əvəzinə abunəçilər yanvarın hər bazar günü saat 08:00-dan 23:59-a kimi ?Nar Mobile? şəbəkəsi daxilində istifadə üçün bir dəqiqə alacaqlar. Kampaniyada öncədən ödəniş tarif planından istifadə edən bütün ?Nar Mobile? abunəçiləri iştirak edə bilərlər. ?Xoş bazar günləri?ndə iştirak etmək üçün dekabr ayının sonunadək 777 qısa nömrəsinə ?Narim? yazaraq SMS göndərmək kifayətdir. Xoş Bazar Günləri kampaniyası üzrə bonusların miqdarı barədə məlumat almaq üçün *777#20#YES şifrəsini yığmaq lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA