Parabank OCGP tərəfindən ?silver? diploma layiq görüldü

img

07-12-2009 [12:50]


Parabank özünün 18 illik təcrübəsinə, indi isə beynəlxalq standartların tələblərinə əsaslanaraq öz diqqətini yüksək keyfiyyətli müştəri xidmətinə yönəltməkdə davam edir. Bankın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, respublikanın regionlarında işgüzar fəallığın artmasını və əhalinin tələbatlarının daha dolğun şəkildə ödənilməsini təmin etmək üçün regionlardan olan hüquqi və fiziki şəxslərə zəruri bank xidmətlərinin göstərilməsi ?Parabank? ASC-nin strateji hədəflərində xüsusi yer tutur. ?Parabank? aqrar sektora girovsuz qrup kreditlər təqdim edən azsaylı banklardandır. ?Beyləqan?, ?Ağcabədi?, ?Gəncə?, ?Quba?, ?Kəpəz?, ?Şəmkir? və s. filialların timsalında ?Parabank? kənd təsərrüfatı fəaliyyətinin kreditləşməsi sahəsində geniş təcrübə toplayıb. Bu fəaliyyətin nəticəsi olaraq Group to Assist the Poor (Yoxsulluğa Kömək Konsultativ Qrupu), o cümlədən, Michael &Susan Dell Fondu və Ford Fondu tərəfindən Parabank ASC MIX informasiya agentliyinə sosial göstəricilər üzrə hesabat verdiyinə görə ?Silver? kateqoriyada sertifikata layiq görülmüşdür. Bu hesabat əsasən bankın aşağıda göstərilən fəalliyyət sahələrini əhatə edirdi: missiyası və sosial hədəfləri, rəhbərlik, məhsulların çeşidliyi, sosial fəaliyyət üzrə təlimləri, işçilərin qiymətləndirilməsi və motivasiyası, yoxsulluğun qiymətləndirilməsi sistemi, xidmətlərin qiyməti, müştərilər, cəmiyyət, işçilər və ətraf mühit qarşısında sosial öhdəliklər və s. Xatırladaq ki, cari ilin yanvar ayında Parabank ASC-nin idarəetmə sisteminin 9001:2000 beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğunluğu yoxlanılmış və sertifikata layiq görülmüşdür. Sənədləşmə prosedurlarının tətbiqinə kömək və personalın təlimi Zygon Caspian Consulting firması tərəfindən həyata keçirilmişdir. Sertifikasiyalı audit isə Moody İnternational tərəfindən aparılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA