?Pambıqçılıq haqqında? qanun layihəsi parlamentin iclasında müzakirəyə çıxarılacaq

img

04-12-2009 [08:13]


Dekabrın 4-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib. Komitənin sədri Eldar İbrahimov bildirib ki, iclasda ?Pambıqçılıq haqqında? Azərbaycan Respublikasının Qanun layihəsi birinci oxunuşda müzakirə ediləcəkdir. Keçmiş Sovet İttifaqı dövründə ölkəmizdə 1 milyon tona yaxın pambığın istehsal olunduğunu deyən E.İbrahimov bildirmişdir ki, bu göstərici ötən il təqribən 50 min tona, bu il isə 30 min tona düşüb. Strateji məhsul olan pambığın istehsalının yenidən artımına nail olmaq üçün ?Pambıqçılıq haqqında? Qanunun qəbul edilməsi vacibdir. Qanunvericilik bazasının yaradılması xarici və yerli sərmayədarların aqrar sektorun bu sahəsinə olan marağını artıra bilər. Artıq bizim üzümçülük sahəsində belə bir təcrübəmiz vardır. Bir ildən artıqdır hazırlanan qanun layihəsi 8 fəsil və 27 maddədən ibarətdir. Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini - aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov qanun layihəsi barədə ətraflı məlumat verib. Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev Azərbaycan dövlətinin aqrar sektora olan diqqət və qayğısından danışıb. O bildirib ki, hər il pambıq istehsalçılarına bir hektar üçün dövlət tərəfindən 40 manat subsidiya verilir. Azərbaycan pambıqçılıq sahəsində dünyada 72 əsas ölkədən biri sayılır. İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Ədalət Muradov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, pambıq emalı müəssisələrinin mütəxəssisləri layihə ilə bağlı fikirlərini bildiriblər. Belə bir qanunun qəbulunun pambıqçılıq sahəsində istehsalçılar və emal müəssisələri arasında münasibətlərin hüquqi cəhətdən formalaşmasına və ümumilikdə bu sahənin inkişafına kömək edəcəyi vurğulanıb. Qanun layihəsinə düzəlişlərlə bağlı təkliflər səslənib. Təkliflər nəzərə alınmaqla ?Pambıqçılıq haqqında? qanun layihəsinin parlamentin geniş iclasında müzakirəyə çıxarılması tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA