?Qızılbaz? ictimai Birliyi məcburi köçkün gənclər arasında izsizliyin aradan qaldırılması ilə bağlı təlimləri baza çatdırıb

img

04-12-2009 [02:30]


?Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi məcburi köçkün gənclər arasında işsizliyin aradan qaldırılması ilə bağlı təlimləri başa çatdırıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ?Nədən başlamalı? Məcburi köçkün gənclər üçün peşə və iş seçimi üzrə intensiv təlimlər? mövzusunda dəstəklənən layihə çərçivəsində təşkilat Beyləqan rayonunda yerləşən Xocavənd qəsəbəsində təşkilat son tədbirini keçirib. Xocavənd qəsəbəsində yerləşən orta məktəbin binasında keçirilən seminarda burada yaşayan 17-29 yaşlarında olan gənclər qatılıb. Qızılbaş GMİB-nin sədri Elnur Məmmədli tədbir iştirakçılarına təşkilat barədə məlumat verib. Sonra gündəliyə uyğun olaraq bölgədəki gənclərin işsizlik problemi ilə bağlı vəziyyət müzakirə edilib. Layihənin təlimçisi Mirmehdi İbişov ?Nədən başlamalı? Məcburi köçkün gənclər üçün peşə və iş seçimi üzrə intensiv təlimlər? mövzusunda məruzə ilə çıxış edib. O, Xocavənd qəsəbəsində yaşayan gənclərin böyük əksəriyyətinin işsizlik problemi ilə üzləşdiyini bildirib. Buna səbəb isə 6 mindən artıq əhalisi olan yeni salınmış qəsəbədə heç bir məşğuliyyət sahəsinin olmamasıdır. Məruzəçi nəinki ali təhsil almayanların, hətta ali təhsilini başa vurmuş şəxslərin də özlərinə uyğun iş tapa bilmədiklərini qeyd edib. O, qəsəbədə gənclərin asudə vaxtını keçirməsi üçün müvafiq yerlərin olmadığını və buna görə də gənclərin gününün böyük hissəsinin çayxanalarda başa vurduğunu bildirib. Qızılbaş GMİB-nin sədri Elnur Məmmədli isə ?Gənclərin müstəqil olaraq özlərinə alternativ iş yerləri tapması yolları: təkliflər? mövzusunda çıxış edib. O, gənclərin öz üzərində işləməsi, konkret bir sahə üzrə ixtisaslaşması, iş tapmaları üçün bütün mümkün instansiyalara müraciətlərin edilməsi, bölgə sahibkarları ilə əlaqələrin qurulması və digər təklifləri irəli sürüb. Ölkə prezidentinin müvafiq qərarları ilə gənclərin iş yerləri ilə təmin olunması prosesinin başlandığını deyən E. Məmmədli bu məsələdə bölgə gənclərin özlərinin də fəal olmasının, ölkə rəhbərliyinə yardım edilməsinin vacibliyini vurğulayıb. Seminarda diskussiya təşkil olunub və sonuncu seminardan ötən müddət ərzində gənclərin işsizliyinin aradan qaldırılması üçün onların fərdi təşəbbüsləri dinlənilib. Gənclər diskussiya zamanı müxtəlif maraqlı təkliflərlə çıxış ediblər. Onların ümumi təklifləri qəsəbədə Gənclərin Məşğulluq Mərkəzinin yaradılması ilə bağlı olub. Həmçinin, musiqi məktəbinin açılması, kompüter mərkəzinin təşkil olunması, idman zallarının yaradılması, kimi təkliflər irəli sürülüb. Tədbirlərin sonunda adıçəkilən rayonlarda fəaliyyət göstərən sahibkarlara gənclərin işsizlik probleminin həllinə yardım etmələri üçün müraciət qəbul edilib. Müraciətdə dünyanı bürüyən qlobal iqtisadi böhranın Azərbaycana da təsirsiz ötüşmədiyi, onsuz da əvvəlki illərdə də işsizlik problemilə qarşılaşan Azərbaycan gənclərinin bu problemin acısını daha çox çəkdiyi qeyd olunub. Müraciətdə deyilir: ?"Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi Beyləqan rayonunun Xocavənd qəsəbəsində gənclər arasında apardığı araşdırmalara görə bu ərazidə yaşayan gənclərin böyük əksəriyyətinin işsiz olduğu ortaya çıxıb. Baxmayaraq ki, həmin gənclər işləmək, öz ailələrinə qazanc gətirmək, hər hansı bir sahə, sənət üzrə ixtisaslaşmaq istəyirlər, onların bu arzuları bir sıra hallarda həyata keçmir. Bu zaman isə həmin gənclərin nəinki vətənə və dövlətə, öz ailələri üçün belə gərəkli işlər görəcəyinə ümidləri azaldır. Hörmətli Beyləqan rayonunda fəaliyyət göstərən sahibkarlar: Bu gənclərin hər birinin taleyi bizim hər birimizdən, Sizin onlara göstərəcəyiniz yoldan asılıdır. Biz sizlərin hər birinə müraciət edərək, həmin gənclərin iş yerləri ilə təmin olunmasında, onların iş bacarıqlarının qiymətləndirilməsində yaxından iştirak etməyinizi, öz müəssisələrinizdə gənclərin işləməsi üçün müəyyən kvotanın ayrılmasını xahiş edirik. Bəlkə də bu gənclərə veriləcək kiçicik bir şans onların həyatında böyük bir dəyişikliyə səbəb olacaq. Əgər siz bu şansı əsirgəməsəniz, o zaman dövlət və millət qarşısında da böyük xidmət göstərmiş olarsınız. Gəlin, biz Azərbaycan gəncliyinə və Azərbaycanın gələcəyinə sahib çıxaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA