Ölkənin müxtəqli mağazalarinda yararsız ərzaq məhsulları azkarlanıb

img

03-12-2009 [07:10]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən bir sira marketlərdə monitorinqlər keçirilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, həyata keçirilən növbəti monitorinqlər zamanı Bakının Nəsimi rayonunda Ə.Salam küçəsi 31 ünvanında yerləşən ?Sizin market?də; Tbilisi prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində Gülağa Səmədova məxsus ərzaq mağazasında; 20 Yanvar küçəsi 33 ünvanında Rəhman İbrahimova məxsus ərzaq mağazasında; Xaçmaz şəhərində H.Əliyev küçəsində Kəmalə İsmayılovaya məxsus pərakəndə ticarət mağazasında; Gəncə şəhərində Hərbi şəhərcik 83 ünvanında Səbuhi Salmanova məxsus ərzaq malları mağazasında; N.Nərimanov prospektində ?Daş Körpü? ərzaq malları mağazasında ümumi çəkisi 125 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, çay və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA