Azərbaycanda ilin sonlarından bazlayaraq izsizlərin sayı artacaq

img

03-12-2009 [02:13]


Gələn ilin dövlət büdcəsində əksər isitaqmətlər üzrə investisiya xərcləri azaldılıb. Bu isə o deməkdir ki, bir sıra inzibati binaların təmiri, eyni zamanda müəyyən tikinti işləri təxirə salınacaq. Bütün bunları nəzərə alan ekspertlər hesab edir ki, müvəqqəti iş yerlərinin itirilməsi səbəbindən bu ilin sonlarından başlayaraq işsizlərin sayının artması müşahidə olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqnlama verən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, qarşıdakı aylarda işsizlərin sayının artması gözləniləndir: ?2008-2009-cu illərdə iş yerlərinin itirilməsi prosesi müşahidə edilir. Qlobal maliyyə böhranı ilə əlaqədar bir sıra sahələrdə müşahidə edilən durğunluq praktiki olaraq iş yerlərinin itirilməsi ilə nəticələnir. Bu isə həm rəsmi qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməyən işsizlərin sayının artmasına səbəb olur. İş yerlərinin azalması və işsizlərin sayının artması prosesi bütün MDB ölkələrində müşahidə edilir?. V.Bayramovun sözlərinə görə, gələn ilin ortalarınadək yeni iş yerlərinin açılması da gözlənilmir: ?2009-cü ilin növbəti aylarında iqtisaddiyatdakı mövcud vəziyyət qalacaq. Hökumiət əsas diqqəti büdcədən maliyyələşən qurumlarda əmək haqldarının ödənilməsinə ayıracaq. Yeni büdcə ili başlayanda da yanvar və fevral aylarında budcədən ciddi ayırmalar olmayacaq. Həm də nəzərə alınmalıdır ki, yaxın aylarda sayı ciddi rəqəmlərlə ifadə olunacaq yeni iş yerlərinin yaradılması mümkün deyil. Buna görə də işsizlərin sayının müəyyən qədər artması təbii qəbul olunmalıdır?. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfovdan aldığımız məlumata görə, hazırda respublikamızda 42 183 nəfər rəsmi işsiz kimi qeydiyyatdan keçib: ?Onların işlə təmin olunması istiqamətində iş aparılır. Eyni zamanda əmək bazarının vəziyyəti öyrənilir. Dekabrın 4-5-də Bakıda bu il üçün sonuncu əmək yarmarkası keçiriləcək. Hazırda qlobal maliyə böhranını təsiri aradan qalxmaqdadır. Amma Amma 2009-cu il də 2008-ci ilin təkrarı oldu. O qədər durğunluq dövru olmasa da, ciddi böhran da müşahidə edilmədi. Ehtimal edilir ki, ən geci 2010-cu ilin ortalarına qədər durğunluq dövrü qala bilər. Gələn ilin ortalarından başlayaraq, həm də yeni iş yerlərinin sayında artım olacaq?. İşsiz statusu alan şəxslərin dövlət tərəfindən müavinətlə təmin olunduğunu bildirən Ş.Xələfov onlara iki dəfə iş təklif edildiyini vurğulayır: ?Həmin vətəndaşlara münasib iki iş təklif olunur. Əgər vətəndaş həmin iş yerlərində işləmək istəmirsə, onun statusu ləğv olunur. Amma işsiz kimi rəsmi status alan vətəndaş işlə təmin olunmursa, 4 aydan 6-ayadək müddətdə müavinət alır. Bu müddətdə isə vətəndaş hər ay məşğulluq şöbəsində qeydiyyatdan keçməlidir?. Qeyd edək ki, ötən ilin dekabrında ölkədə 44 171 nəfər rəsmi işsiz kimi qeydiyyatdan keçmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA