Bu il 1600 vətəndaza ümumi həcmi 67 mln. manat olan ipoteka krediti alıb

img

02-12-2009 [04:54]


Azərbaycan İpoteka Fondu ölkədə ipoteka kreditləşməsinin bərpa olunduğu 1 iyun 2009-cu il tarixindən 1 dekabr 2009-cu il tarixinədək 1600 vətəndaşa ümumi həcmi 67 mln. manat təşkil edən ipoteka krediti verib. İpoteka Fondunun mətbuat xidmətindən verlən məlumata görə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 143 mln.manata çatıb. Nəticədə 3600-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA