Azərbaycanın milli valyutası - manat dollara nisbətən bahalazıb

img

02-12-2009 [02:08]


Noyabr ayında Azərbaycanın milli valyutası olan manat bir sıra dünya valyutalarına, o cümlədən ABŞ dollarına nisbətdə bahalaşıb. Bu barədə ?İqtisadi forum? jurnalı Mərkəzi Bankın məlumatları əsasında hesablama aparıb. 2009-cu ilin noyabr ayında ABŞ dollarına nisbətən 0,1 faiz bahalaşıb. Ayın əvvəli 1 ABŞ dolları 0,8032 manatdan dekabrın 1-nə 0,8025 manata qədər ucuzlaşıb. Ancaq 2009-cu ilin 11 ayında ilin əvvəli ilə müqayisədə milli valyuta ABŞ dollarına nisbətən 0,1 faiz qiymətdən düşüb. İlin əvvəlində 1 ABŞ dolları 0,8015 manat olduğu halda noyabrın sonuna 0,8025 manata kimi yüksəlib. Manatın bahalaşdığı digər valyuta Britaniya funt sterlinqi olub. Noyabr ayı ərzində manat bu valyutaya nisbətən 0,8 faiz bahalaşıb. Yanvar-noyabr aylarında manat funta nisbətən 13,7 faiz qiymətsizləşib. İlin əvvəlində 1 funtun məzənnəsi 1,1597 manatdan noyabrın sonuna 1,3189 manata kimi yüksəlib. Noyabrda rus rublunun manata nəzərən məzənnəsi sabit qalıb. Manat noyabr ayında Avropa valyutasına nisbətən 1 faiz və Yaponiya iyenasına nisbətən isə 0,1 faiz ucuzlaşıb. Ay ərzində 1 avro 1,1927-dən 1,2044 manata, 100 iyena isə 0,8811-dən 0,9186 manata kimi bahalaşıb. Manat yanvar-noyabr aylarında avroya nisbətən 8,3 faiz ucuzlaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1125 manatdan noyabrın sonuna 1,2044 manata kimi yüksəlib. Milli valyuta cari ilin 11 ayında Yapon iyenasına nisbətən 5,4% ucuzlaşıb. İlin əvvəlində 100 iyenanın məzənnəsi 0,8713 manatdan noyabr sonuna 0,9186 manata kimi yüksəlib. Mərkəzi Bankın dekabrın 2-i tarixinə müəyyən etdiyi məzənnəyə görə, hazırda 1 ABŞ dolları 0,8025 AZN, 1 avro 1,2110 AZN, 1 funt sterlinq 1,3323 AZN, 100 Yapon iyenası 0,9220 AZN, 1 rus rublu isə 0,0276 AZN-dir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA