Səhiyyə Nazirliyi paytaxtda üç apteki bağladı

img

26-11-2009 [05:08]


Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri və İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində qoruyucu maskaların və virus əleyhinə preparatların qiymətlərinin bahalaşması və qıtlığı ilə bağlı əhalidən daxil olan müraciətlər və şikayətlərlə əlaqədar keçirilən birgə reydlərin nəticələri açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reydlər zamanı bəzi apteklərdə dövlət qeydiyyatı və yararlılıq sertifikatı olmayan dərman vasitələrinin, həmçinin qiymətləri süni surətdə qaldırılmış qoruyucu maskaların əhaliyə satışı aşkar edilib. Belə ki, Nəsimi rayonu, R.Behbudov küçəsi, 16 ünvanında ?AzkoMed? MMC-yə, M.Qasımov küçəsi, 14/26 ünvanında ?İmpuls-M.V.? MMC-yə məxsus aptekdə, Səbail rayonu ərazisində ?Ülvi-Həyat? firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı, onların qiymətlərinin süni şəkildə artırıldığı, eyni zamanda bir neçə adda yararlılıq sertifikatı olmayan dərman preparatlarının satışı, hiqrometrin olmaması və termolyabil dərman vasitələrinin saxlanma qaydasına riayət edilməməsi faktları aşkarlanıb. Qeyd olunanlarla əlaqədar olaraq, bu obyektlərinə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA