Səlim Müslümov: ?Pensiyaların həm baza, həm də sığorta hissəsi artırılacaq?

img

26-11-2009 [04:59]


Bu il iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycanda əmək haqlarının və pensiyaların real həcminin aşağı salınacağı gözlənilsə də, bu baş vermədi. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu, hökumətin həyata keçirdiyi düzgün siyasətin nəticəsi kimi xarakterizə edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslumovun sözlərinə görə, ən başlıca nailiyyət Azərbaycanın milli valyutasının məzənnəsinin sabit saxlanılmasıdır: ?Bu, daim dəstək verdiyimiz insanların sosial vəziyyətinin aşağı düşməsinə imkan vermədi. Valyutaların məzənnəsinin düşdüyü ölkələrə nəzər salsaq görərik ki, onlarda məzənnənin düşdüyü qədər nə pensiya, nə də əmək haqqı artırılıb. Müqayisədə Azərbaycan həmin ölkələrdən həm minimum pensiyanın, həm də orta aylıq pensiyanın həcmi baxımından irəlidədir?. S.Müslümov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üçün büdcəsində azalmanın olması ilə bağlı iddialara da münasibət bildirib. O deyib ki, sosial müdafiə sahəsinə ayrılan vəsaitlər yalnız DSMF-nin büdcəsi ilə ölçülməməlidir: ?Ümumi icmal büdcəsində növbəti ilə ayrılan vəsaitlərin həcmi çoxalıb. Əgər 2009-cu ilin proqnozunda sosial müdafiə sahəsinə ayrılan vəsait ÜDM-ə nisbətən 5,5 faiz təşkil edirdisə, növbəti ildə bu rəqəm 7,6 faizə çatacaq. Bu isə bizə imkan verəcək ki, 2010-cu ildə həm pensiyaların baza hissəsi, həm də orta aylıq pensiya həcminin artımını həyata keçirək?. S.Müslümov bildirib ki, gələn il pensiyaların həm baza, həm də sığorta hissəsi artırılacaq: ?Əmək pensiyaları haqqında? qanuna edilmiş dəyişikliklərlə 2010-cu ildə yeni təyin olunan pensiyaların heç birinin məbləği 90 manatdan aşağı olmayacaq. Bunun özü yeni təyin olunan pensiyalarda ən azı 20 faizlik artım deməkdir. Gələn il inflyasiya 3 faiz nəzərdə tutulub. Ona görə də pensiyaların orta aylıq məbləğinin 7-8 faiz-dən az olmamaqla, baza hissəsinin 5 faiz-dən az olmamaqla artımı gözlənilir?. S.Müslümov qeyd edib ki, 2010-cu ilin makroiqtisadi proqnozlarında əmək haqlarının təxminən 16,7 faizlik artımı nəzərdə tutulur. Bu isə real gəlirlərin 13 faizdən artıq olacağından xəbər verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA