Müsavat ?AzərKimya? prezidenti Məcid Kərimovdan fəhlələrin maazlarını verməyi tələb edir

img

25-11-2009 [05:05]


Müsavat Partiyası ?AzərKimya? Dövlət Şirkətində davam edən qanunsuzluqlarla bağlı bəyanat verib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, ?AzərKimya? Dövlət Şirkətində işləyən 9000-ə yaxın fəhlə və qulluqçular 3 aylıq əmək haqlarını 7 aydır ala bilmirlər. Belə ki, şirkətin Prezidenti deputat Məcid Kərimov 2009-cu ilin fevral, mart və aprel aylarında şirkətin müxtəlif müəssisələrində işləmiş bu insanlara olan əmək haqqı borcunu ödəməkdən imtina edir. Ağır, təhlükəli və zəhərli iş şəraitində işləmək məcburiyyətində olan insanlara, indiki bazar qiymətləri müqabilində orta hesabla 150-200 manat əmək haqqı verən, onun da 3 ayını verməkdən imtina edən şirkət rəhbərinin ?deputatın? işçilərinə və insanlara olan münasibətinin göstəricisidir. Son illərdə şirkətin müəssisələrində çalışan insanların müxtəlif bəhanələrlə işdən çıxarılmaları adi hal alıb. Əmək haqlarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını tələb edən insanlar həmin andaca qanunsuz olaraq işlərindən çıxarılırlar. Şirkətin SK zavodundan 20-30 ildir həmin müəssisədə qüsursuz fəaliyyət göstərən, 5 nəfəri xanım olmaqla 6 nəfər qanunsuz olaraq işdən çıxarılıblar. İki instansiya, Sumqayıt şəhər və Sumqayıt Apelyasiya məhkəmələri qanunsuz işdən çıxarılanların işlərinə bərpa olunmaları barədə qətnamə çıxarmalarına baxmayaraq şirkət rəhbəri qətnamələri icra etməkdən boyun qaçırır. Acınacaqlı hal ondan ibarətdir ki, Ali Məhkəmə hüquqları pozulmuş, qanunsuz işdən çıxarılmış o insanların hüquqlarının təmin olunmasına yardımçı olmaq əvəzinə, hansısa səbəbdən Şirkət rəhbərinin qanunsuz əməllərinə bəraət qazandırır və qanuni verilmiş məhkəmə qərarlarını qanunsuz olaraq ləğv etməkdə davam edir. Müsavat Partiyası ?AzərKimya? Dövlət Şirkətində davam edən qanunsuzluqları Hökumətin diqqətinə çatdırmaqla tələb edir; 1. ?AzərKimya? Dövlət Şirkətində çalışan insanlara 3 aylıq əmək haqlarının ödənilməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görsün. 2. Qanunsuz işdən çıxarılan insanların işlərinə bərpa olunması barədə qəbul olunmuş məhkəmə qərarlarının icrasını təmin etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA