Vüqar Bayramov: ?Saxta endirimlərə qarzı mübarizənin gücləndirilməsi üçün ölkə qanunvericiliyinə dəyiziklik edilməlidir?

img

24-11-2009 [06:25]


2009-cu il sona yaxınlaşdıqca ölkə paytaxtında qiymət endirim kampaniyalarının sayı artmaqdadır. Bununla belə, əksər ?endirim kampaniyalarının? monitorinqi göstərir ki, bu kampaniyalar heç də paytaxtın ticarət obyektlərində qiymətlərin kəskin azalmasına səbəb olmayıb. Belə ki, bəzi ticarət obyektlərinin 50-60 faiz endirim elan etmələrinə baxmayaraq ?endirilmiş qiymətlər? yüksək olaraq qalmaqdadır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Vüqar Bayramov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, ?saxta endirimlər? problemi son illərin ən çox diqqəti çəkən məsələlərindəndir: ?Montorinqlərimiz göstərir ki, Bakının bir çox ticarət obyektlərində endirimlər saxta xarakter daşıyır və bu sadəcə alıcıları cəlb etmək məqsədi ilə həyata keçirilir. Bir sıra mağazalarda apardığımız monitorinq nəticəsində bəlli olur ki, 50-60 faiz qiymət endirimləri elan edilsə də reallıqda azlama 10-15 faiz olur, bəzilərində isə real qiymət endirimləri ümumiyyətlə baş vermir. Praktik olaraq, ?saxta endirim kampaniyaları? istehlakçıların hüquqlarını pozur?. V. Bayramov bildirib ki, saxta endirimlərə qarşı mübarizənin gücləndirilməsi olduqca vacibdir: ?Süni qiymət artımları kimi saxta endirimlər də ölkə qanunvericiliyinə ziddir. Buna görə də, İqtisadi İnkişaf Nazirliyin süni qiymət artımları ilə yanaşı saxta endirimlərə qarşı da mübarizəni gücləndirməlidir. Rusiyada bayram endirimlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə qanunvericiliyə dəyişiklik edilib. Artıq saxta endirimlərə yol verən ticarət obyektlərini ciddi maliyyə cərimələri gözləyir. Analoji qanunvericilik aktları bır sıra MDB ölkələrində hətta bəzi Mərkəzi və Şərqi Avropa dövlətlərində də qəbul edilib. Bu baxımdan, Azərbaycanda da uyğun addımın atılması oldquca vacibdir?. İqtisadçı alimin fikrincə, saxta endirimlərə qarşı mübarizənin gücləndirilməsi üçün Azərbaycan qanunvericiliyinə dəyişikliklərin edilməsinə ehtiyac var: ?İstehlakçıların hüquqların qorunması və eləcə də izafi gəlirə qarşı mübarizədə hüquqi boşluqlar var. Bu boşluqları Nazirlər Kabinetinin qəbul etdiyi rəsmi sənədlə də aradan qaldırmaq mümkündür. Saxta endirimlərə qarşı mübarizənin gücləndirilməs üçün həm hüquqi baza gücləndirilməlidir, həm də inzibati metdolardan istifadə edilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA