Fermerlərə yemçiliyin təzkili öyrədiləcək

img

24-11-2009 [01:13]


[/right] Aqro İnformasiya Mərkəzi (AİM-Azərbaycan) ilin sonunadək Aclıq Əleyhinə Hərəkat (Action Contre la Faim) beynəlxalq təşkilatı ilə birgə layihə həyata keçirəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, layihə Ağcabədi və Beyləqan rayonlarından seçilmiş yerli yemdoğrayan fermerlərin optimal yem tərkibi üzrə imkanlarının inkişaf etdirilməsinə yönəlib. Məqsəd bu rayonlarda müvafiq təlim və informasiya xidmətləri göstərməklə kəndlərdəki yemüyüdən fermerlər və digər istehsalçıların istehsal və marketinq sahəsində bacarıqlarını yüksəltməkdir. Təcrübələr və aparılan müşahidələr göstərir ki, hazırda fermerlər tərəfindən heyvanların və quşların düzgün yemləmə proporsiyasına əməl olunmur. Bunun isə başlıca səbəbi yem proporsiyaları, normaları və tərkibi (protein, zülal, karbohidrat və s.) haqqında biliklərin aşağı olmasıdır. Nəticədə fermerlər yemləri və yemləmə rejimini cins, yaş, boğazlıq, subaylıq və gələcək məhsuldarlığına görə təşkil edə bilmirlər. Fermerlərə təlimlər iki dövrədə veriləcək. Təlimlərin birinci dövrəsi yemçiliyin idarəetməsi üzrə spesifik mövzular haqqında əsas anlayış yaratmaq məqsədi güdəcək. Təlimalanlara yemçilikdə marketinq və danışıqaparma da öyrədiləcək. Otaq təlimlərinin verilməsindən sonra təlimalanların sahədə iş keyfiyyəti proqram heyəti tərəfindən müşahidə və monitorinq olunacaq. Üzə çıxan nəticələrə əsasən təlimlər təkmil səviyyədə veriləcək. Burada yemdoğrayanların spesifik ehtiyacları nəzərə alınacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA