Sabir Vəliyev: ?Azərbaycana xarici ölkələrdən toxum gətirilməyəcək?

img

20-11-2009 [04:42]


?Azərbaycanın toxum ehtiyatı yüksək səviyyədədir. Bu məsələdə hələki heç bir problem yoxdur. Buğda, arpa, pambıq və kartofun əkilməsi üçün lazım olan toxumlar bu il təlabatımızı tam ödəyir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev deyib. Onun sözlərinə görə, son günlər respublikada qeyri-sabit hava şəraitinin mövcud olması toxumların əkilməsi prosesinə imkan vermir: ?Artıq neçə gündür ki, bu məsələdə durğunluq yaranıb. Havanın qeyri-sabit keçməsi bir çox işlərdə ləngimələrə səbəb olur. Lakin buna baxmayaraq, planlarımızı yüksək səviyyədə yekunlaşdıracayıq?. Şöbə müdiri onu da bildirib ki, keçən il xaricdən ölkəyə toxum gətirilməsi, toxum ehtiyatını bir qədər də artırıb. S.Vəliyevin sözlərinə görə, hazırkı toxum ehtiyatları lazımi tələblərə cavab verir: ?Bu sahədən anlayışı olmayan bəzi iqtisadçılar isə yalnış məlumatlar yayırlar ki, guya toxumlar lazımi tələblərə cavab vermir və keyfiyyətsizdir. Bu, qətiyyən belə deyil. Məsələn, pambıq toxumları zavodlarda kifayət qədərdir. Tərəvəz, meyvə və giləmeyvə toxumları da kəndlilərin əksəriyyətində var. Taxıl toxumlarımız isə həddən artıq çoxdur və satmağa adam axtarırıq. Öz təlabatımızı ödədiyimiz üçün xarici ölkələrdən toxum alınmayacaq. Ola bilsin ki, ayrı-ayrı adamlar özü üçün xaricdən müxtəlif sort toxumlar gətirirlər. Amma bu, ?Toxumçuluq haqqında? Qanuna ziddir. Nəzərinizə çatdırım ki, Azərbaycanda rayonlaşmayan toxumu ölkəyə gətirmək olmaz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA