?Güzəran? sosial arazırmalar ictimai birliyi 2010 büdcə layihəsinə rəy verib

img

19-11-2009 [05:38]


Azərbayjan Respublikasının Prezidenti yanında Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşən ?Azərbaycanda dövlət büdcəsi xərclərinin səmərəliliyinin monitorinqi? layihəsi çərçivəsində ?Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanun layihəsi barədə ?Güzəran? Sosial Araşdırmalar İctimai Birliyi xüsusi rəy hazırlayıb. ?Güzəran? Sosial Araşdırmalar IB-nin ekspert qrupu ?Azərbayjan Respublikasının 2010-ju il Dövlət Büdjəsi haqqında? Qanun layihəsini və layihə ilə birgə hazırlanmış digər hökümət sənədlərini qiymətləndirərkən layihə və başqa sənədlər üzrə aparılan Parlament və İjtimai müzakirələri nəzərə alıb önjə bir məsələni vurğulayır: Qlobal iqtisadi böhranın başa çatmadığı və dünya iqtisadiyyatının perspektivlərinin qeyri-müəyyənliyi şəraitində dövlət büdjə layihəsinin konservativ yanaşma əsasında hazırlanması düzgün addımdır və bu baxımdan hökümət 2009-ju il büdjə layihəsinin tərtibi zamanı yol verdiyi nöqsanları jiddi təshih edib. Ekspert qrupu hökümətin bu təqdirə layiq ehtiyatlılığını ? büdjə layihəsinin hazırlanmasında neftin barrelinin 45 ABŞ dolları qiymətində götürməsini müsbət dəyərləndirməklə birgə bütövlükdə sosial-iqtisadi inkişafın ?pessimist? əsaslarda proqnozlaşdırılmasını yalnış yanaşma hesab edir. Əlbəttə ki, hökümətin 2008-ji ildə proqnozlaşdırdığı bir sıra göstərijiləri ? məsələn, 2009-2011-ji illərdə neft və neft məhsulları ixrajının 28-29 mlrd dollar təşkil edəjəyi barədə göstərijiləri yeni proqnozlarla ? belə ixrajın 14,7-15,4 mlrd dollara bərabərləşməsi proqnozu ilə əvəzləməsi zəruri bir ehtiyatlılıq nümunəsi sayıla bilər. Anjaq bir çox sahələr üzrə pessimist proqnozlaşdırma ? o jümlədən qeyri-neft sənayesi üzrə 2010-ju ildə təxminən 2008-ji il səviyyəsində əlavə dəyər istehsalının proqnozlaşdırılması lazımsız ?mühafizəkarlıq? yaxud, hökümətin qlobal iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirini minimallaşdırmağa yönələn siyasətinin effektivlik səviyyəsinin yüksək olmaması kimi dəyərləndirilə bilər. Ekspert qrupunun rəyinə görə, hökümət qlobal dünya böhranın Azərbayjan iqtisadiyyatındakı bəzi sahələrə ? kimya sənayesinə, metallurgiyaya və s. sahələrə təsirini nəzərə almaqla birgə müsbət meylləri də ? hökümətin özü tərəfindən dəfələrlə vurğulanan meylləri də lazımınja qiymətləndirməliydi. Hökümət nəzərə almalıydı ki, iqtisadi inkişafın ?zəruri şərti? üzrə ? investisiya fəallığı üzrə hətta 2009-ju ildə də geriləmə gözlənilmir. Əksinə qeyri-dövlət sektorunda daxili investisiyaların 19,6%, qeyri-neft sektorunda xariji investisiyaların 5% artajağı reallığı mövjuddur və belə bir reallıq ? Azərbayjan iqtisadiyyatının jəlb edijiliyini qoruya bilməsi daha optimist inkişaf proqnozlarına jiddi əsas yaradır. Ekspert qrupunun rəyinə görə 2010-ju il dövlət büdjə gəlirlərinin 10015 mln manat, yaxud 2008-ji ilin ijrasından 6,9% az, 2009-ju ilin gözlənilən ijrasından 3,2% çox proqnozlaşdırılması bir tərəfdən hökümətin mövjud gerçəklikləri ? dünya iqtisadi böhranın təsirlərini, neft qiymətlərindəki faktik və gözlənilən tərəddüdləri düzgün qiymətləndirmək və optimal vergitutma sistemi formalaşdırmaq niyyətlərinin nətijəsi kimi qiymətləndirilə bilər. Ekspert qrupu qeyri-neft sektoru üzrə büdjə daxilolmalarının 3570 mln manat ? yaxud 2005-ji illə müqayisədə 3 dəfədən çox proqnozlaşdırılması kimi meylləri müsbət dəyərləndirir, anjaq büdjə gəlirlərində neft sektorundan daxilolmaların 64,4%-ə, Neft Fondundan transfertlərin 49,0%-ə çatmasını büdjə siyasətinin jiddi nöqsanı hesab edir. Şübhəsiz ki, neft sektorunda büdjə gəlirləri yükünün 53,9%-ə, qeyri-neft sektorunda isə 21,7%-ə bərabər olması, qeyri-neft sektorunda vergi yükünün 14,9% təşkil etməsi əsasən vergi-büdjə siyasətindəki kəsirlərlə bağlıdır. Ekspert qrupu bu və digər diqqətə çatdırılajaq kəsirlərlə birgə 2010-ju ildə köklü vergi-büdjə islahatlarının reallaşmasına yönələn addımları təqdirəlayiq hesab edir. Qrup hesab edir ki, mürəkkəb geoiqtisadi şəraitdə mənfəət vergisinin 20%-ə qədər azaldılması, gəlir vergisinin yuxarı dərəjəsinin 35%-dən 30%-ə qədər aşağı salınması, eyni zamanda bir çox jərimə sanksiyalarının şərtləşdirilməsi istər istehsalın və investisiyaların stimullaşdırılması, istərsə də vergitutma işinin təkmilləşdirilməsi baxımından effektiv bir addımdır. Ekspert qrupunun qənaətinə görə vergitutma işi lazımı səviyyədə reallaşdırılsa, dərəjələrin azaldılması nəinki 115 mln manat ehtimal olunan itkilərə, əksinə jiddi vergi artımlarına səbəb olajaqdır. Ekspert qrupu sadələşdirilmiş sistem üzrə nəzərdə tutulan dəyişiklikləri ? vergi tutulan dövriyyənin 90 mil manatdan 150 min manata qədər artırılmasını isə qətiyyən effektiv bir tədbir hesab etmir. Qrupun rəyinə görə bu dəyişiklik şübhəsiz ki, sadələşdirilmiş sistem üzrə vergi bazasını genişləndirəjək, anjaq eyni zamanda ƏDV və mənfəət vergisi üzrə bazanı kiçildəjək. Bundan başqa dövriyyənin artırılması vergitutmanın təməl prinsiplərindən birinin ? ədalətliliyin təhrifinə yol açajaq. Ekspert qrupu hesab edir ki, bu islahatın qazanjı ? 12 mln manat vergi artımı ziyanı ilə müqayisədə daha azdır və ümumiyyətlə, vergitutma prinsiplərinin təhrif olunmaması baxımından sadələşdirilmiş vergi üzrə dövriyyəni 20-30 min manata qədər azaltmaq məqsədə uyğundur. ?Güzəran? Sosial Araşdırmalar İB-nin ekspert qrupu belə hesab edir ki, bütövlükdə büdjə daxilolmalarını, o jümlədən qeyri-neft sektorundan daxilolmaları yüksəltmək üçün vergi islahatlarının davamına ehtiyaj vardır. Ekspert qrupu bu baxımdan mənfəət vergisinin yuxarı həddinin 20% saxlanılmaqla differensiallaşdırılmasını, gəlir vergisinin, yuxarı həddinin 25%-ə qədər azaldılmasını, Vergi Məjəlləsində yol vergisinin hesablanmasını müəyyənləşdirən 211.1.2-ji maddənin köklü dəyişdirilməsini lazımi hesab edir. Ekspert qrupu büdjənin bəzi nəzərə çarpmayan gəlir mənbələri ? dövlət torpaqlarının ijarəyə verilməsindən ijarə haqqı, dövlət əmlakının və özəlləşdirilən müəssisə və obyektlərin altındakı torpaqların ijarəyə verilməsindən daxilolmalar kimi mənbələri üzrə də potensial artım mənbələrinin olması qənaətindədir. Qrupun rəyinə görə dölət torpaqlarının ijarəyə verilməsindən 4,0 mln manat, dövlət əmlakının və özəlləşdirən müəssisələrin altındakı torpaqların ijarəyə verilməsindən jəmi 5 mln manat daxilolmaların proqnozlaşdırılması dövlət maliyyə siysətinin nöqsanı sayıla bilər. Qrup hesab etmir ki, bu gəlirlər real bazar qiyməti əsasında proqnozlaşdırılmalıdır. Anjaq hesab edir ki, belə daxilolmalar proqnozlaşdırılarkən, bazar qiymətləri mütləq nəzərə alınmalıdır. ?Güzəran? İB-nin ekspert qrupu 2010-ju il dövlət büdjə xərjlərinin mütləq həjminin 11264 mln manat təşkil etməsini qismən məqbul hesab edir və qrupun rəyinə görə bu həjm zəruri ijtimai tələbatların minimal ödənilməsinə, dayanıqlı iqtisadi inkişafın təmin edilməsində büdjə mexanizmindən istifadəyə imkanlar yaradır. Ekspert qrupu dövlət büdjə xərjlərinin funksional bölgüsünü ümumiyyətlə məqbul hesab etsə də, bu baxımdan bir sıra nöqsanların olması qənaətindədir. Qrup 2010-ju il dövlət büdjə layihəsində təhsil xərjlərinin 2009-ju il proqnozundan 5,6% az, səhiyyə xərjlərinin müvafiq göstərijidən 5,9% az proqnozlaşdırıldığı halda ?ümumdövlət xidməti xərjlərinin? 6,7% artımla proqnozlaşdırılması kimi meylləri büdjə xərjlərinin səmərəliliyi baxımdan jiddi nöqsan hesab etməsə də belə funksional bölgünün təkmil sosial-iqtisadi əsasa malik olmaması gümanındadır. Ekspert qrupu ilkin rəydə də 2010-ju ildə təhsil xərjlərinin 2009-ju ilin gözlənilən ijrasına nisbətən 180 mln manata, səhiyyə xərjlərinin 67 mln manata yaxın artırılmasını müsbət bir meyl kimi ? büdjənin sosial yönümünün artırılması meyli kimi xarakterizə edib və xüsusi rəydə də bu jəhəti yenidən vurğulayır. Qrup eyni zamanda vurğulayır ki, ümumdövlət xidməti xərjlərinin 350 mln manat, hüquq-mühafizə orqanlarının xərjlərinin isə 150 mln manat artımı büdjə xərjlərinin səmərəliliyinin artmasını xarakterizə etmir. Ekspert qrupu öz ilkin rəyində göstərdiyi kimi büdjə xərjlərinin funksional istiqamətlər üzrə xərjlər bölgüsündə hər hansı riyazi qanunauyğunluqlar axtarmır. Anjaq eyni zamanda hesab etmir ki, ?ümumdövlət xidmətləri? bölməsi üzrə əməyin ödənişi fondunun 2009-ju il proqnozuna nisbətən 11,7 mln manat artırılması, təhsildə isə bu xərjlərin 2009-ju il proqnozu ilə nisbətdə 7,3% azaldılması büdjə xərjlərinin səmərəliliyini şərtləndirir. ?Güzəran? Sosial Araşdırmalar İB-nin ekspert qrupu dövlət büdjəsindən sosial sferalara ? xüsusilə, təhsil, səhiyyə sferalarına ayrılan xərjləri mütləq ifadə də tam yetərli saymasa, proqnozlaşdırılan xərjlərin təhsil və səhiyyə xidmətlərinə olan ijtimai tələbatları minimal həddə ödəməyə imkan yaratdığını hesab edir. Ekspert qrupu istər təhsil, istərsə də səhiyyə sferası üzrə dövlət xərjlərinin proqram ? məqsədli təyinat üzrə sərfinin güjləndirilməsini müsbət bir tendensiya hesab edir. Bu baxımdan təhsil xərjlərinin 39,4 mln manatının və ya 3,1%-nin bu proqramlara ? təhsil sisteminin informasiyalaşdırılması, xüsusi istedada malik uşaqların yaradıjılıq potensialının inkişafı və s.-ə, səhiyyə xərjlərinin 59,2 mln manatının və ya 12,1%-nin məqsədli proqramlara- ?Şəkərli diabet üzrə dövlət proqramına?, ?Ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlər? proqramına yönəlməsini təqdirəlayiq hal hesab edir. Ekspert qrupu bununla birgə hesab edir ki, təhsil və səhiyyə sferalarında büdjə xərjlərinin səmərəliliyinin artımı üçün nə bu məqsədli ? proqramların mövjudluğu, nə də hər hansı norma və normativlərin təkmilləşdirilməsi əsas deyil. Bu sferalarda büdjə xərjlərinin səmərəliliyi əsaslı islahatların reallaşmasına bağlıdır. Ekspert qrupunun rəyinə görə təhsildə adambaşına məsrəflər üzrə maliyyələşmə mexanizmi formalaşmadan, bu sistemin idarəedilməsində əks mərkəzləşməni gerçəkləşdirmədən təhsil işçilərinin əmək haqlarının differensasiyası sistemini formalaşdırmadan, təhsil müəssisələrinin idarəedilməsinin yeni modellərini yaratmadan hər hansı həjmdə büdjə vəsaitləri artımı real effekt verməyəjəkdir. 2005-ji illə müqayisədə təhsilə dövlət xərjlərinin 2008-ji ildə 3 dəfəlik artımı ? 372mln manatdan 1 mlrd 115 mln manata qədər artımı nətijəsində hər hansı jiddi nətijələrin alınmaması məhz bu səbəblə bağlıdır. Ekspert qrupunun rəyinə görə ijbari tibbi sığorta fondunu tam formalaşdırmadan və ölkə əhalisinin böyük əksəriyyətinin ijbari tibbi sığorta xidmətlərindən istifadəsinə təminat yaratmadan bu sferada da büdjə xərjləri artımının səmərəliliyi artırmaq qeyri-mümkündür. Yalnız özəl-sığorta-dövlət səhiyyəsinin optimal balansında dövlət səhiyyə xərjlərini daha konkret istiqamətlər üzrə jəmləşdirmək və səmərəliliyini yüksəltmək olar. ?Güzəran? Sosial Araşdırmalar İB-nin ekspert qrupu sosial müdafiə və sosial təminat xərjlərinin mütləq həjminin əhalinin ehtiyajlarına müvafiq müəyyənləşməsinin zəruri olduğu qənaətindədir və hesab edir ki, sosial müdafiə və təminata ayrılan məjmu dövlət xərjlərinin həjmi ? 1882 mln manatı bu baxımdan yetərli saymaq olmaz. Yaşayış minimumunun, ehtiyaj meyarının daha dəqiq kriteriyalar əsasında müəyyənləşməsi halında şübhəsiz ki, sosial müdafiə və sosial təminat xərjlərinin jiddi artırılmasına ehtiyaj yaranajaq və ekspert qrupu ən yaxın perspektivdə məsələnin belə bir həllini labüd hesab edir. Ekspert qrupunun rəyinə görə sosial müdafiə və sosial təminata yönələn məjmu dövlət xərjlərini hər iki istiqamət üzrə ? həm dövlət büudjəsi, həm də Sosial Müdafiə Fondunun büdjəsi hesabına artırmaq üçün potensail imkanlar yetərinjədir. Qrup nəzərə alır ki, DSMF-də fərdi pensiya uçotuna dayananların sayı 1,7 mln nəfərə yaxındır və şübhəsiz ki, bu sığorta olunanların 1,2 mln nəfərini dövlət sektorunda çalışanlar təşkil edir. Ölkədə məşğul əhalinin 4,1 mln nəfərdən çox olduğunu nəzərə alanda, sosial sıtorta ödənişlərinə jəlb olunmalı böyük bir kontingentin mövjudluğu şübhə doğurmur. İjbari sığorta ödənişlərinin dərəjəsini azaltmaq, sosial vergilərdən yayınmalara qarşı sərt sanksiyalar tətbiq etməklə bu sferaya vəsait jəlbini jiddi yüksətlmək və DSMF büdjəsində gərginliyi zəiflətmək mümkündür. Bu halda pensiyaların hesablanmasının daha təkmil və məqbul metodlarını tətbiq etmək olar. ?Güzəran? Sosial Araşdırmalar İB-nin ekspert qrupu ijtimai?Güzəran? İB-nin ekspert qruppu debatlarda və parlament müzakirələrində diqqət çəkən bir məqamı da ? sosal yardımın şəffaflıq və ünvanlılıq səviyyəsinin artırılmasını büdjə vəsaitlərinin səmərəliliyinin artırılması baxımından vajib hesab edir. Ekspertlər qrununun rəyinə görə 210 mln manat vəsait alanların ? ünvanlı sosial yardım əldə edən siyahısı nəinki Milli Məjlis üzvlərinə, hətta hər bir vətəndaşa açıq olmalıdır. ?Güzəran? Sosial Araşdırmalar İB-nin ekspert qrupu dövlət büdjəsində uzun illərdən bəri davam edən mənfi bir tendensiyaya ? elmə ayrılan xərjlərin əhəmiyyətli dərəjədə artırılmaması tendensiyasına xüsusi diqqət yönətltmək istəyir. Ekspert qrupu hesab edir, 2005-2010-ju illərdə büdjə xərjlərinin 2 mlrd 140 mln manatdan 11 mlrd 264 mln manata ? yəni, 5 dəfədən çox artımı, ?ümum dövlət xidməti? xərjlərinin 180 mln manatdan 1 mlrd 042 mln manata ? yəni, 6 dəfəyə yaxın artımı halında, elm xərjlərinin jəmi 3 dəfə artması ? 30 mln manatdan 98 mln manata qədər yüksəldilməsi qətiyyən məqbul hal deyil. Ekspert qrupu hesab edir ki, bu həjmdə vəsaitlə, yaxud Elm Fonduna ayrılan 7 mln manatla, səhiyyə sahəsində tətbiqi tədqiqatlara 3,5 mln manat ayırmaqla hər hansı jiddi elmi-tədqiqat işlərinin aparılması qeyri-mümkündür. Ekspert qrupu ən yaxın gələjəkdə bu sferaya maliyyə artımının bir neçə dəfə yüksəltməyin zəruri olduğunu diqqətə çatdırmaqla birgə bu ilin büdjə layihəsində elmi-tədqiqat sektorunun işçilərinin əmək haqqı artımlarının imkanlarını axtarmağı vajib hesab edir. ?Güzəran? Sosial Araşdırmalar İB-nin ekspert qrupu İlkin rəydə də qeyd etmişdi ki, dövlətin fəal investisiya siyasəti yürütməsi müasir gerçəkliklər baxımından ? dayanıqla və dinamik iqtisadi inkişafın zəruri infrastruktur bazasının yaradılması və jari iqtisadi problemlərin həlli baxından vajibdir. Ekspert qrupu qlobal iqtisadi böhran şəraitində əksər dövlətlərin daxili istehsalı stimullaşdırma tədbirlərindən istifadə etməsini nəzərə alır və hesab edir ki, dövlətin investisiya fəallığı qlobal iqtisadi böhranının təsirinin minimallaşdırılmasının ən effektiv vasitələrindəndir. Buna görə də ekspert qrupu investisiya xərjlərinə büdjədən 3,55 mlrd manatın ayrılmasını, bütövlükdə əsaslı xərjlərə isə 4,38 mlrd manatın proqnozlaşdırılmasını büdjə effektivliyi baxımından ?nöqsan? hesab etmir. Ekspert qrupu ijtimai müzakirələrdə bu istiqamət üzrə xərj artımını daha çox tənqid edilməsini müəyyən qədər yalnış sayır və hesab edir ki, bir neçə il önjə Neft Fondunun vəsaitlərindən istifadəni tələb edənlərin bu gün fondun vəsaitlərdən istifadəyə qarşı çıxması anlaşılmazlıqdar. Bununla birgə ekspert qrupu dövlət investisiya xərjlərinin səmərəliliyinin artırılması üçün aşağıdakı tədbirləri vajib hesab edir: - bu səmərəliliyin artırılması üçün vəsaitlərin əsasən infrastruktur layihələrə ? nəqliyyat, energetika layihələrinə yönəldilməsi vajibdir və bu vəsaitlərdən qlobal böhran nətijəsində ziyan çəkən müəssisələrin dirçəldilməsində üstün istifadə olunmalıdır. - dövlət investisiya proqramları daxilində çox saylı mədəniyyət obyektlərinin tikinti, bəpası və yenidənqurulmasına böyük həjmdə ? 191 mln manata yaxın vəsait ayrılması, idman obyektlərinin tikintisinə 68mln manat vəsaitin planlaşdırılması qətiyyən məqsədəuyğun deyil. Zənnimizjə, bu layihələrin bir çoxunun xüsusi sektor tərəfindən gerçəkləşdirilməsi mümkündür. - dövlət investisiya layihələrinin şəffaflığının artırılması, bu sahədə mövjudolan korrupsiya faktlarının qarşısının alınmasında effektiv bir vasitədir və buna görə də bu layihələr üzrə ijtimaiyyətə ətraflı məlumatlar çatdırılmalıdır. Yəqin ki, hər bir vətəndaş 1 mlrd 634 mln manata hansı körpülərin tikildiyini, neçə km yol çəkildiyini bilməkdə haqlıdır. Yəqin ki, hər bir vətəndaşın 37 mln manata əlillərə və şəhid ailələrinə neçə mənzil tikildiyini bilmək haqqı vardır. - bu xərjlərin ünvanlığını və şəffaflığını artırmaq baxımından xərjlərin əsasən dövlət büdjəsinin ayrı-ayrı inzibati bölmələrinin paraqraflarında verilməsi məqsədəuyğundur. ?Güzəran? Sosial Araşdırmalar İB-nin ekspert qrupu ijtimai müzakirələrdə narahatçılıq doğuran bir məsələ barədə ? dövlət büdjə kəsirinin 1 mlrd 294 mln manata yaxın proqnozlaşması barədə rəyini formalaşdırarkən ötən illərin faktik göstərijilərinə istinad edib. Bəllidir ki, 2008-ji il dövlət büdjəsinin ijrasında kəsr 11,2 mln manata və ya ÜDM 0,03%-nə bərabər olub, 2009-ju ildə büdjə kəsirinin 178 mln manat və ÜDM 0,4%-nə bərabər olajağı gözlənilir. Aydındır ki, hökümət bu il ÜDM-in 3% həjmində büdjə kəsiri proqnozlaşdırarkən neftin qiymətlərində müsbət dinamikanın ola biləjəyi ehtimalını nəzərə alıb və əks halda isə bu ilin təjrübəsindən ? bir sıra infrastruktur layihələr üzrə xərjləri ixtisar etməkdən bəhrələnəjəkdir. Beləliklə, prinsipjə büdjə kəsirinin hər hansı jiddi maliyyə sarsıntılarına səbəb ola biləjəyi ehtiyalı azdır. Anjaq, bununla birgə qeyd olunmalıdır ki, istər bu baxımdan, istərsə də 2009-ju ilin büdjəsinin ijrası zamanı hökümətin çox sərbəst fəaliyyətinə ?Büdjə sistemi haqqında? Qanunun 23-jü maddəsi imkan yaradır və bu maddəyə görə faydalıdır.yalnız gəlirlər proqnoz göstərijilərdən 20% az olduqda Milli Məjlislə məsləhətləşmələrə ehtiyaj yaranır. ?Güzəran? Sosial Araşdırmalar İB-nin ekspert qrupu 2010-ju il büdjə layihəsinin nöqsanlı jəhətlərini göstərməklə birgə hesab edir ki, layihə ijtimai tələbatların ödənilməsi və ölkənin dayanıqlı sosial iqtisadi inkişafının təmin edilməsi baxımından faydalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA