?TuranBank?ın aktivləri 26,7 faiz artıb

img

19-11-2009 [03:12]


Bu ilin 1 noyabr tarixinə ?TuranBank?ın aktivlərinin həcmi, ötən ilin analoji dövrü ilə müqayisədə 26,7 faiz artaraq 103,3 milyon manat təşkil edib. Hesabat tarixinə bankın kredit portfeli, 2008-ci ilin analoji dövrü ilə müqayisədə 14,0 faiz artaraq 73,7 milyon manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 2,5 milyon manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,5 faiz artım nümayiş etdirib. Hesabat dövrü ərzində bankın məcmu kapitalı 12,9 faiz artaraq 1 noyabr 2009-cu il tarixinə 20,5 milyon manat təşkil edib. Bankın nizamnamə kapitalı kapitallaşma prosesi nəticəsində 17 milyon manata çatdırılaraq, 2008-ci ilin analoji dövrü ilə müqayisədə 13.3 faiz artımla müşahidə olunub. Bu il yanvar-noyabr ayları üzrə depozit portfelinin həcmi 2008-ci maliyyə ili ilə müqayisədə 9,2 faiz artımla xarakterizə olunaraq 32,3 milyon manat təşkil edib. Qeyd edək ki, 17 il Azərbaycan maliyyə bazarında fəaliyyət göstərən ?TuranBank? fərdi və korporativ müştərilər daxil olmaqla 8000 müştəriyə kompleks bank xidmətləri göstərir. Bankın bazarda əsas üstünlüyü paytaxtda və respublikanın digər regionlarında kiçik və orta sahibkarlığa maliyyə dəstəyi verməsidir. ?TuranBank?ın nizamnamə kapitalı strukturu ümumilikdə 25 səhmdar olmaqla - 5 hüquqi (21.8 faiz) və 20 fiziki şəxsdən (78.2 faiz) ibarətdir. Hazırda bankın 11 filial, onlardan 5-i regionlarda, və 22 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA