17-11-2009 [01:20]
Mərkəzi Bankın faiz dərəcəsinin 2 faiz olmasına baxmayaraq kommersiya banklarının təklif etdikləri istehlak və digər kreditlərin orta faiz dərəcəsi 20 faizdir. Bu isə kommersiya kreditlərinin faizi ilə MB-nin faiz dərərcəsi arasında 10 dəfə fərqin olması deməkdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) İdarə Heyətinin sədri Vüqar Bayramov Müstəqil İnformasiya Agentluyinə açıqlmasında bildirilir ki, kommersiya banklarının faiz dərəcələrinin aşağı salınmaması bank sistemində yeni böhrana yol aça bilməklə yanaşı real sektorun da inkişafını tormuzlayir: ?Hal-hazırda problemli kreditlər məsələsi kommersiya banklarını əsas problemlərindəndir. İstehlak kreditlərinin qaytarılmasında müşahidə edilən problemlər və yubanmalar sadəcə bu kreditlərdən istifadə edən vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə deyil, eyni zamanda kommersiya banklarının uzun müddət kifayət qədər bahali kredit siyasəti həyata keçirməsi ilə bağlıdır. Qlobal maliyyə böhranından öncə kommersiya banklarının təklif etdikləri kreditlər üzrə faiz dərəcələrinin səviyyəsi heç bir iqtisadi qanunla izah edilə bilməzdi. Qərb ölkələrindən orta hesabla 8 faizlə kredit cəlb edən yerli kommersiya bankları həmin vəsaitləri 24 faizlə təklif edirdi; hətta bu faiz dərəcələri böhran öncəsi 30 faizi də arxada qoymuşdur. Kommersiya banklarının şişirdilmiş gəlir qazanmaq istəyi Azərbaycanda qlobal maliyyə böhranın təsirlərinin bankların bütün qurumlarından daha tez hiss etməsinə səbəb oldu. Kommersiya banklarının kreditləri paylanlaşdıran zaman onun qaytarılması mexanizmini və eləcə də mümkünlyünü öncədən görməsi olduqca vacibdir. Aydındır ki, bahalı kredit siyasəti dayanaqlı ola bilməz və bu sadəcə qısa müddətli dövrdə səmərəlidir. Bu baxımdan, Azərbaycanın bank sektorundakı böhran və eləcə də kreditlərin qaytarılması problemi öncədən proqnozlaşdırılırdı. Bu eyni zamanda ölkədə kommersiya banklarının ?Pramida Prinsipi? ilə işləməsi ilə bağlı idi. Qlobal maliyyə böhranı pramidanın bir hissəsinin uçmasına və ümimilikdə pramidanın dağılmasına səbəb oldu. Artıq böhranlı kreditlərin ümumi kredit portfelində payı qlobal standartları keçərək 4 faizdən artıqdır. Pramida prinsipi real sektorunun da inkişafın ciddi maneə yaradır?.
V.Bayramov bildirib ki, təəssüf ki, kommersiya bankları köhnə səhvləri təkrar edirlər: ?Aydındır ki, kommersiya banklarının likvidliyi aşağıdır və onların maliyyə resurslarına ciddi ehtiyacı var. Maliyyə resurslarının cəlb edilməsində də problemlər var: xarici maliyyə mənbələri məhduddur, əmanətlərin həcmin ciddi artımlar yoxdur və istehlak kreditlərinin faizlərinin və ümumən kreditlərin özünün geri qaytarılmasında problemlər dərinləşir. Bununla belə, bu heç də kommersiya banklarının ?izafi gəlir? əldə etməyə istiqamətləndirməlidir. Bankların yenidən sağlamlaşdırılması ölkədə real sektorun inkişafı və kreditorların ödəmə qabiliyyətinin yüksəlməsi ilə bilavastə bağlıdır. Bahalı kredit siyasətinin davam etdirilməsi sahibkarlar üçün əlavə xərclər yaratmaqla yanaşı kreditlər qaytarılmasında da problemlər yaradır. Bahalı kredit siyasətindən imtina kommersiya banklarını likvidliyinin uzun müddətli dövrdə yüksəlməsinə səbəb ola bilər?.
İSİM rəhbəri təklif edir ki, kommersiya banklarında uzun müddətli inkişafı və eləcə də yeni böhranın yaranmasının qarşısının alınması üçün 2010-cu ildə Mərkəzi Bankın bir sıra tədbirlər həyata keçirilməsinə ehtiyac var. Əvvəlla, gələn ildən başlayaraq kommersiya banklarının təklif etdiyi kredit faizləri ilə Mərkəzi Bankin faiz dərəəcəsi arasına müəyyən müddət üçün əlaqənin yaradılması vacibdir. Artıq bəzi Avropa ölkələrində belə asıllıq tətbiq edilir. Hətta, Bosniya və Hersoqovinyada, Serbiyada, Macarıstanda kredit faizlərini qeyri-leqal olaraq yüksəldən banklara qarşı cərimələr tətbiq edilir. Rusiyada da oxşar sistem tətbiq edilməkdədir. Təbii ki, liberal iqtisadiyyat kommersiya banklarının kredit faizlərinə inizibati müdaxiləni məqbul hesab etmir. Bununla belə, nəzərə almaq lazımdır ki, qlobal maliyyə böhranı hətta Avropanın liberal ölkələrinin də iqtisadi siyasətinə korrektələr etməsinə səbəb olub. Bu baxımdan Mərkəzin Bankın faiz dərəcəsi ilə kredit faizlərinin səviyyəsi arasında əlaqə heç də bazar iqtisadiyyatının fundamental dəyərlərinə zidd hesab edilməməlidir. Bununla yanaşı, belə əlaqə tətbiqi qısa müddətli dövr əhatə etməlidir və uzun müddətli olmamlıdır. Eyni zamanda kredit faizlərinin tənzimlənməsini həyata keçirilərsə kommersiya banklarında ?qara kredit bazarının? yaradılmasının qarşısının alınması üçün MB-nin banklara nəzarəti gücləndirməlidir. Əks halda, belə inzibati müdaxilələr kommersiya banklarının kreditləri ?qara bazar? metodu ilə, yəni ?stol altdan? təkilf etməsinə səbəb ola bilər. Əgər İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımlarına qarşı mübarizə aparırsa niyə Mərkəzi Bank faiz dərəcələrinin süni artımların qarşı mübarizə aparılmamalıdır. Etiraf etmək lazımdır ki, İqtisadi İnkişaf Nazirliyinin süni qiymət artımlarına mübarizəsi 2009-cu ildə səmərəli olub. Bu baxımdan Mərkəzi Bankın da oxşar fəaliyyəti həyata
keçirməsi olduqca vacibdir?.
Iqtisadçı-alimin fikrincə, kommersiya banklarının kredit faiz dərəcələrinin Mərkəzi Bankın faiz dərəcəsi ilə əlaqələndirilməsi böhran dövründə müraciət edilən metodlardan biridir. Təbii ki, böhrandan sonraki dövrdə kredit faizlərinin bazarın müəyyənləşdırılməsi yenidən bərpa edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, burada sadəcə ?kredit tavanın? müəyyənləşdirilməsindən gedir və bu heç də kredit faizlərinin inzibati yol ilə konkretləşdirilməsi deyil. Həmin tavan daxilində kommersiya bankları kredit faizlərini sərbəst şəkildə müəyyənləşdirə bilirlər.
V.Bayramov həmçinin bəzi kommersiya banklarında kreditlər təklif edilən zaman ?qeyri-ileqal ödənişlərinə? qarşı mübarizənin gücləndirilməsini təklif edir: ?Kreditlərin bölgüsü şəffaf deyil, institutsional monitorinq imkanları zəifdir. Bu isə kreditlərinin real sektoru ?bahalaşdırmasına? səbəb olur və eyni zamanda heç də kredit almaq istəyən bütün vətəndaşların kreditlərə çıxış imkanları olmur. Bank sektoru həssas olduğundan Mərkəzi Bankın bu problemə qarşı mübarizəni gücləndirməsi olduqca vacibdir. Əks halda bu sektordakı problemlərin dərinləşməsi ehtimalları yüksəlir?.
İSİM rəhbəri əlavə edib ki, kommersiya banklarının fəaliyyətinə nəzarətin gücləndirilməsi və onları bahalı kredit siyasətindən dayanaqlı kredit siyasətinə istiqamətləndirilməsi oldquca vacibdir. Əks halda banklar yeni böhran təhlükəsi ilə üz-üzə qala bilərlər.