Bakıda bizirilən çörəkdə kartof xəstəliyi azkar edilib

img

16-11-2009 [04:50]


Çörək və un məhsulları üzərində aparılan monitorinqlər yekunlaşıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, uşaq qidaları üzərində də müayinlər aparılıb: ?43 çörək nümunəsi götürülüb. Bunlardan hamısında kimyəvi-bakteoroloji göstəricilər normaya uyğundur. Lakin əlavə bir nümunədə kartof xəstəliyi aşkar edilib. Bu pəhriz çörəyidir. Hazırda məsələyə aydınlıq gətirilir. Bu barədə müvafiq göstərişlər verilib. Bundan başqa oktyabr ayında 7 müxtəlif soyuq qəlyanaltı, 140 yaxma nümunəsi götürülüb. Aparılan laborator müayinələr nəticəsində. 140 nümunənin 4-də bağırsaq çöplərindən çirklənmə halları aşkar olunub. Həmçinin 33 adda uşaq qidası mərkəzin laboratoriyalarına gətirilərək tədqiqatlar aparılmış və müsbət nəticə əldə olunub?. İ.Abdullayev deyib ki, növbədə konservləşdirilmiş məhsullar, yerli istehsal olan meyvə şirələri üzərində monitoriqlər aparılması planlaşdırılır: ?Həmçinin ictimai iaşə müəssisələrində də monitorinqlər davam etdirilir. Xüsusilə şadlıq evlərinə diqqət yetiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA