Dövlət Komitəsi 2009-cu ilin 9 ayının hesabatını verdi

img

13-11-2009 [01:43]


?Qlobal maliyyə böhranının Azərbaycana heç bir halda təsir etmədiyini düşünmək sadəlövhlükdür. Böhran Azərbaycanın maliyyə sektoruna ən azından 3 kanal vasitəsilə təsirini göstərir: 1) dünya səviyyəsində istehlak tələbatının azalması fonunda Azərbaycanın ixrac məhsullarının qiymətinin azalması; 2) qlobal likvidliyin çatışmazlığı şəraitində maliyyə sektorunun xarici borclanma imkanlarının azalması, habelə mövcud olan borcların qaytarılması; 3) psixoloji təsir vasitəsilə?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanov bu gün YAP-ın qərargahında 2009-cu ilin 9 ayının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib. Komitə sədrinin sözlərinə görə, artımın müşahidə edilməsinə baxmayaraq, işsizlik bütün dünyada mövcuddur: ?Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2009-cu ildə iqtisadi dağılma 1,1 faiz təşkil edəcək. Bnun ardınca BVF 2010-cu ildə qlobal iqtisadiyyatın 3,1 faiz artımını proqnozlaşdırır. Qlobal iqtisadi artımın davamlı xarakter alması üçün bir sıra təhdid və risklər var. İşsizliyin artması dünya səviyyəsində istehlak tələbinin bərpasını ləngidəcək. 22 aydır ki, ABŞ-da işsizlik göstəricisi yüksəlmək üzə davam edir. Böhranın başlanmasının episentri olan maliyyə sahələrinin itkiləri tam bərpa olmayıb. Baxmayaraq ki, ayrı-ayrı ölkələr təxminən 12 trilyondan artıq məbləğdə iqtisadi stimullaşdırma və likvidliyin bərpası üçün indeksiyalar həyata keçiriblər. Bu indeksiyalar maliyyə bazarlarında likvidliyi təmin etsə də, maliyyə sektorunun itkiləri tam bərpa edilməyib. Maliyyə sisteminin tənzimlənməsinə dair gələcəkdə maliyyə bazarlarını hansı formada, necə idarə və nəzarət edəcəkləri barədə vahid mövqeyə gəlməməkləri həm investorlarda, həm də potensial dividentlərdə bazara çıxacaq potensial iştirakçılarda qeyri-müəyyənliklər yaradır?. R.Aslanovun sözlərinə görə, maliyyə böhranının Azərbaycana ciddi təsir etməməsi üçün tədbirlər görülüb: ?Azərbaycanın cari ilin 9 ayına əsasən, ümumdaxili məhsulu 6 faizdən çox olub. BVF-in proqnozuna görə, Azərbaycan 2009-cu ili iqtisadi artımla başa vuran çox azsaylı ölkələrdən biri olacaq. İnvestisiya qoyuluşlarınin məbləği 5,2 milyard manatdan artıq olub. Sevindirci haldır ki, investisiya qoyuluşlarının ¾-ü qeyri-neft sektoruna ödənilir. Ölkədə makroiqtisadi vəziyyət də sabitdir. Böhran ərəfəsində qiymətli kağızlar bazarında ciddi zərər müşahidə olunmayıb. Bundan əlavə, kredit qoyuluşları davam etməkdədir. 9 ay ərzində ABŞ-da istehlak kreditlərinin səviyyəsi 13,3 faiz azaldığı halda, Azərbaycanda bu müddət ərzində qoyuluşlar 17,8 faiz artıb. Səhmlərin ilkin yerləşdirilməsi 3,1 faiz, təkrar bazarında Bakı Fond Birjasının əməliyyatları isə 54 dəfə artıb. Maliyyə Nazirliyinin buraxdığı dövlət isteqrazlarının həcmi 61 faiz çoxalıb. Bundan əlavə, 2009-cu ilin 9 ayı ərzində qeyri-investsiya qiymətli kağızlarının ticarə t səviyyəsi də yüksəlib. Bura mənzil sertifikatları, ipoteka kağızları və s. daxildir. Məsələn, mənzil sertifikatlarının sayı 2,2 dəfə, onlar vasitəsilə satılan əmlakın sahəsi isə 4,5 dəfə artıb. İpoteka kağızlarının dinamikası 17 faiz təşkil edib?. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qiymətli kağızlar bazarında münasibətləri tənzimləyən orqan olduğunu deyən komitə sədri hələ sovet vaxtından banklarda qalmış əmanətlərə də toxunub. Deyib ki, əgər hökumət köhnə əmanətlərin qaytarılması haqqında qərar qəbul edərsə, onun qiymətli kağızlar vasitəsilə istənilən müxtəlif realizasiyası formalarını hazırlamağa hazırdırlar. Komitə sədrinin sözlərinə görə, bu, hökumətin uzunmüddətli və ortamüddətli borc kağızları da ola bilər: ?Əgər hökumət bu barədə qəti qərar qəbul etsə, biz, bu məsələni həll etməyə hazırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA