Büdcə müzakirələri bu gün də mübahisələrlə müzayiət olunub

img

11-11-2009 [02:15]


Bu gün Milli Məclisdə 2010-cu büdcə layihəsinin müzakirəsi davam etdirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirələr qarşılıqlı mübahisələrlə müşayiət olunub. Çıxış edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı çıxışında ümumilikdə büdcə layihəsini müsbət qiymətləndirib: ?Hesab edirəm ki, bu büdcə ilə sosial-iqtisadi sahədə mənfi meyllər hiss olunmayacaq. Neftin qiymətinin aşağı götürülməsi də müsbət haldır. Amma müdafiə xərclərinin azalması qənaətbəxş deyil. Qarabağ münaqişəsi hələ də həll olunmayıbsa, müdafiəyə ayrılan xərclərin azaldılması düzgün deyil. Diplomatik korpuslara ayrılan vəsaitlərin də azaldılmasını mənfi hal kimi qiymətləndirirəm. İctimai Televiziyaya ayrılan vəsaitin azaldılması da işin keyfiyyətinin az olmasına səbəb ola bilər. Ona görə də bu sahələrə diqqət edilməsini vacib sayıram?. Millət vəkili İqbal Ağazadə də büdcə layihəsini tənqid edərək bildirib ki, hər il hökumət hesabat verəndə, həm büdcə müzakirə olunanda hökumət üzvləri qeyri-neft sektoruna ayrılapn vəsait artıb və bu sahədə inkişaf var: ?Amma görünən odur ki, Neft Fondundan büdcəyə ayrılan vəsait ildən-ilə artır. Artıq builki budcədə bu vəsaitin həcmi 50 faizə gəlib çatıb. Bəs onda qeyri-neft sektorunun inkişafı hardadır? Neftdən asılılıq azalmaq əvəzinə, artmaqdadır. Rayonların əksəriyyəti dotasiya ilə işləyir, o da heç bir nəticə vermir. Statistika Komitəsi əmək haqlarını necə hesablaryırsa, bu gün müəllim 154 manat maaş alır. Bu rəqəmlər insanların yaşam tərzini əks etdirmir?. YAP-çı millət vəkili Əli Əhmədov isə İqbal Ağazadənin fikri ilə razılaşmayıb. Bildirib ki, rayonların dotasiya ilə işləməsi fikri tamamiylə əsassızdır: ?Əvvəllər rayonlara 60-70 faiz dotasiya ayrılırdı, ancaq bu rəqəm hazırda kifayət qədər azalıb. Bəziləri böhrandan danşır, amma həmin böhran bütün dünya ölkələrinə təsir elədi, amma Azərbaycana ciddi təsirləri olmadı, işsizlik yaranmadı, ölkə nə daxili, nə də xarici borca düşmədi. Hesab edirəm ki, büdcə layihəsi çox əsaslı şəkildə hazırlanıb, sosial yönümlüdür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA